Zara və ya əl-Zara () — Suriyanın şimal-qərbindəki Hüms mühafəzəsinin inzibati tərkibində, Hümsün qərbində yerləşən kənd.

Suriya Mərkəzi Statistika Bürosunun məlumatına görə 2004-cü il siyahıyaalınmasında kəndin əhalisi 4 336 nəfər olmuşdur. Bu əhali sayı ilə Zara 2004-cü ildə 62 069 nəfər əhalisi olmuş, 40 yaşayış məntəqəsindən ibarət Talkalax nahiyəsində yerləşən ikinci ən böyük yaşayış məntəqəsi olub.General Census of Population and Housing 2004. Syria Central Bureau of Statistics (CBS). Homs Governorate. Şəhərin əhalisi əsasən sünni müsəlmanlardır.

Tarixi 1838-ci ildə Zaranın əhalisi türkmanlardan ibarət olduğu qeyd olunmuşdur.Smith, in Robinson and Smith, 1841, vol 3, 2nd appendix, p. 182 Kənd əl-Hüsndən qərbdə, əsasən ələvilərin və xristianların məskunlaşdığı ərazidə yerləşən bir neçə türkman kəndlərindən biri idi.Smith, in Robinson and Smith, 1841, vol 3, 2nd appendix, p. 181

Bürc Zara Zara kəndində Roma dövrü məbədinin qalıqları üzərində inşa edilmiş və "Bürc Zara" kimi tanınan orta əsr qülləsi yerləşir.Steinsapir, 2005, p. 89. Qülə 12-ci əsrin əvvəllərində səlibçilər tərəfindən tikilib. Bürc Zara müsəlman ordularına qarşı passiv müdafiə vasitəsi kimi xidmət edirdi və Krak de Şevalye, Safita, Marqat və Tərtusdakı daha güclü və daimi qalalar ilə sıx əlaqəli idi. Qüllə orta əsrlər latın və ərəb salnaməçilərinin diqqətindən kənarda qalıb.Burj Zara . Fortresses of the East. 2006-03-12.

Bürc Zara yaşıllıqlarla əhatə olunmuş 121 kvadratmetrlik torpaq planı olan kiçik podium üzərində tikilib. Binanın ətrafında çox qədim məbədi dağıntıları var. Qüllənin özü əsasən bazalt daşlardan tikilmiş, yalnız ağ əhəng daşından ibarət olan qapı və tağlarının kənarları, çox güman ki, məbədin qalıqlarından götürülmüşdür. Günümüzə qüllənin sadəcə şimal divarı gəlib çatıb və burada tağların, qapının və pilləkənlərin qalıqları var.

İstinadlar

Kateqoriya:Suriyanın yaşayış məntəqələri