Amerika Bobteyli — 1960-cı illərin sonlarında inkişaf etdirilən nadir bir ev pişiyi cinsi.
Xüsusiyyətlər Amerika Bobteylləri tam inkişaf etmək üçün iki-üç il vaxt tələb edir. Bu növün ən məşhur rəng naxışı "vaşaq" və ya "oselot" naxışıdır, lakin digər rənglər və naxışlar da mövcuddur. Qara, mavi, "brindle", qəhvəyi, kaliko, şokolad rəgngi, darçını, "fawn", bənövşəyi, ağ-qara, qırmızı-krem, şaftalı rəngi və tərs-naxışlı rənglər ola bilər. Amerika Bobteyli pişikləri 7,3 kq qədər çəkiyə və 76 sm qədər uzunluğa malik ola bilər. Güclü və sıx bədən quruluşuna malikdir. Başları geniş və üçbucaq formasındadır. Qulaqları orta ölçülü, yumru uclu və geniş əsaslıdır. Gözləri badam formasında olub, rəngi tük rəngindən asılıdır. Quyruqları düz və ya əyri ola bilər və düyünlərlə zəngindir. Quyruğunun uzunluğu fərdə görə dəyişə bilir. Ortalama 2.5–10 sm arasında olur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri