Ləpəxeyranlı, Ləpəheyranlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII–XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri