Timoti Dekster (ing. Timothy Dexter; Molden, Massaçusets Bey əyaləti, Britaniya Amerikası 22 yanvar, 1747 - Nyuberiport, Massaçusets, ABŞ, 23 oktyabr, 1806), özünü Lord Timoti Dekster adlandıran, ekssentrik davranışları və yazıları ilə tanınan amerikalı iş adamı. O, uğurlu evlilik sayəsində varlanmış, bir sıra qeyri-mümkün sayılan ağılasızmaz, lakin nəticədə uğurlu olan sərmayələr vasitəsilə və bəxtinin gətirməsi hesabına sərvətini inanılmaz dərəcədə artırmış və var-dövlətini dəbdəbəli şəkildə xərcləmişdir. Onu dünyanın ən çox bəxti gətirən iş adamı da adlandırırlar. Savadsız və ya az təhsilli olsa da, Dekster özünü "məlum dünyanın ən böyük filosofu" hesab edirdi və müxtəlif mövzularda onun fikirlərini əks edən, qeyri-adi yazı və qrammatik səhvləri ilə məşhurlaşan "Bilənlər üçün turşu suyu" kitabının müəllifidir.
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XVIII əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ iş adamları