Empidonax oberholseri (Amerika boz milçəkqapanı) — Yaxud, sadəcə olaraq "boz milçəkqapan", "Tyrannidae" fəsiləsinə daxil olan kiçik, həşəratyeyən quş.
Taksonomiya
Bu növ, "Empidonax" cinsinə aid olan çoxsaylı növlərdən biridir. "Empidonax" növləri zahiri görünüşləri və davranışlarına görə çox oxşardırlar və onları bir-birindən ayırmaq çətindir. Ən yaxşı fərqləndirici xüsusiyyətlər arasında səs, yuva qurma mühiti və yayılma arealı göstərilir. "Empidonax oberholseri" növünün elmi adı amerikalı ornitoloq Harri Çörç Oberholzerin şərəfinə verilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər