– Yaponiyanın Tennoci zooparkında yaşamış dişi şimpanze. O, zooparkın əsas görməli heyvanlarından biri olmuş, Yaponiyada məşhurlaşmış və bəzən geyşa kimi geyindirilmişdir. İkinci Çin–Yaponiya müharibəsi zamanı o və yoldaşı Lloyd hərbi propaqanda vasitəsi kimi istifadə olunmuşdurlar. Onlar əsgər kimi geyindirilmiş, Yaponiya bayrağı və silah daşımışdırlar. Rita 1940-cı ilin iyulunda ölmüşdür.
Həyatı 1930-cu illərdə Tennoci zooparkı gətirildikdən bir ay sonra ağciyər iltihabından ölmüş Taro adlı şimpanzeni əvəz etməsi yeni şimpanze almağı planlaşdırmışdır. Zooparkın rəsmiləri heyvan taciri İsamu Kaqava ilə əlaqə quraraq zoopark üçün yeni şimpanze tapmasını istəmişdirlər. Kaqava Nayrobiyə getmiş və dörd yaşlı Ritanı seçmişdir. Rita qayıqla Yaponiyaya gətirilmiş və 19 iyul 1932-ci ildə zooparka çatmışdır. O, bir neçə həftə sonra – 1 sentyabrda ictimaiyyətə təqdim olunmuşdur.
Rita Keniyadan gətirildiyi və zooparkda saxlanıldığı vaxt ərzində şoqi oynamağı, dişlərini fırçalamağı, çəngəllə və yemək çubuqları ilə yeməyi, yapon çay mərasimində iştirak etməyi, velosiped sürməyi və siqaret çəkməyi öyrənmişdir. O, bəzən geyşa kimi geyindirilirdi. Yaponiya qəzetləri Rita haqqında tez-tez məqalələr yazmış və Rita Yaponiyada məşhurlaşmışdır. ABŞ film şirkəti "Paramount Pictures" Ritanı filmə çəkmişdir. Ritanın məşhurluğu Tennoci zooparkına gələn ziyarətçilərin sayının artmasına səbəb olmuşdur. Onun gəlişindən 2 il sonra – 1934-cü ildə 2,5 milyon nəfər zooparkı ziyarət etmişdir. Ritanın populyarlığı Naqoya, Kioto və Kobedə yerləşən zooparkların da şimpanzelər almasına səbəb olmuşdur.
Yoşitaka Tsutsui kimi zooloqlar Rita kimi heyvanların əyləncə məqsədləri üçün istifadə olunmamasını müdafiə etsələr də, cəhdləri uğursuz olmuşdur. Tennoci zooparkı Rita üçün adlı yoldaş almışdır. İkinci Çin–Yaponiya müharibəsi zamanı Rita və Lloyd əsgər kimi geyindirilmiş, Yaponiya bayrağı və silah daşımışdırlar. Rita "propaqanda simvolu" kimi tanınmışdır.
Ölümü və irsi thumb|Tennoci zooparkında Rita və Lloyd heykəlləri. 1940-cı ilin iyulunda Rita balalamış, lakin balası ölü doğulmuşdur. Doğuşdan sonra Ritanın vəziyyəti pisləşmiş və növbəti gün ölmüşdür. Həmin vaxt zooparkda qida çatışmazlığı olduğu üçün Rita zəif qidalanırdı. Rita və balasının bədənlərindən müqəvvalar hazırlanmışdır. Yoldaşının və balasının ölümündən qısa müddət sonra ingilis dili Təhsil Nazirliyi tərəfindən qadağan olunmuş və Lloydun adı Katsuta olaraq dəyişdirilmişdir.
Tennoci zooparkı 2006-cı ildə müharibə dövründə saxlanılmış Rita və Lloyd kimi zoopark heyvanları üçün illik sərgilər təşkil etməyə başlamışdır. Sərgiyə onların hərbi geyimdə olan şəkilləri və balasını tutan Ritanın müqəvvası daxildir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaponiyanın məşhur heyvanları Kateqoriya:Yaponiyada təbliğat Kateqoriya:Məşhur şimpanzelər Kateqoriya:Zooparkda saxlanılan məşhur heyvanlar