Burbon-Parmalı Henri (; ) — titular Parma hersoqu və Burbon-Parma ailəsinin başçısı.
1873-cü ildə İsveçrədə dünyaya gəldi. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə İki Siciliya kralı II Ferdinandın qızı Siciliyalı Mariya Piadır. Hələ 9 yaşında ikən anası doğuş əsnasında vəfat etdi və çox keçmədən atası yenidən evləndi. Əqli xəstə idi. Atasının vəfatından sonra sürgündəki ailənin başçısı oldu və ailə mülklərinə sahibləndi. Ancaq əqli zəifliyi vardı və bu səbəblə, ögey anası İnfanta Mariya Antoniya 4 ay sonra hersoqun ilk evliliyindən doğulan 6 övladın mirasdan və dövlət idarəsindən məhrum edildiyini elan etdi. Sırf bu səbəblə, Şahzadə Elyas yaşca böyük qardaşına naib olaraq xidmət etməyə başladı.
1939-cu ildə Lukkada vəfat etdi. Əqli xəstə olduğu üçün heç vaxt evlənmədi və övladı olmadı.
İstinadlar