Rhodospiza obsoleta (Səhra ispinozu) — Bəzən "Lixtenşteyn səhra ispinozu" adlanan, cənubi Avrasiyada rast gəlinən iri qəhvəyi rəngli bir vürok növü.
Taksonomiya
Zamora və digərlərinin (2006) son tədqiqatları göstərdi ki, səhra ispinozu, DNT analizi, səslər və qara göz zolağının olması ilə göstərildiyi kimi, "Chloris" cinsinə aid yaşıl ispinozlarla daha yaxından əlaqəlidir. Genetik olaraq, yaşıl ispinozların ümumi əcdadına çox yaxındır. Ola bilsin ki, yaşıl ispinozlar səhra formasından təkamül edib və sonradan yaşıl lələklər inkişaf etdirmişdir, ya da yaşıl ispinozlarla səhra ispinozunun ümumi əcdadı (təxminən 6 milyon il əvvəl yaşamışdır) yarımsəhra mühitinə uyğunlaşmış bir növ olub, sonradan iki xəttə ayrılmışdır: səhra ispinozu kimi səhra mühitinə uyğunlaşmış bir xətt və meşəlik mühitinə uyğunlaşmış yaşıl ispinozların əcdadı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar