Antonio Farneze (; ) — 8-ci Parma və Piaçensa hersoqu. Farneze ailəsinə mənsub son hersoqdur.

29 noyabr 1679-cu ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Ranuççio Farneze, anası isə onun üçüncü xanımı Mariya d'Estedir.

Böyük qardaşı Françesko Farnezenin 1694-cü ildə taxta çıxmasının ardından taxtın varisi elan olundu. Üstəlik qardaşı sonsuz idi və ölümündən sonra taxt məhz ona qaldı. Qardaşının ölümündən sonra 1727-ci ildə taxta çıxan Antonio Farneze həmin ilin iyulunda Modena hersoqu Rinaldo d'Estenin qızı Henretta ilə evləndirildi. Ancaq bu cütlüyün övladı olmadı.

Rəsmi varisinin olmaması səbəbilə özündən sonra taxta kimin çıxacağı problemi vardı. Ölən qardaşı bu varisin ögey qızı Elizabet Farnezenin oğlu Don Karlos olmasını istəmişdi. Belə də oldu. 1731-ci ildə vəfat etməsinin ardından taxta ögey qardaşının nəvəsi olan Don Karlos çıxdı. Beləcə, Parmadakı 184 illik Farneze hakimiyyətinə son qoyuldu.

Mənbə

Ədəbiyyat

Gencarelli, Elvira (1961). "ANTONIO Farnese, duca di Parma e Piacenza". Dizionario Biografico degli Italiani, Volume 3: Ammirato–Arcoleo (in Italian). Rome: Istituto dell'Enciclopedia Italiana. ISBN 978-8-81200032-6

Acton, Harold: The Bourbons of Naples, Methuen & Co, London, 1956 Solari, Giovanna: The House of Farnese: A Portrait of a Great Family of the Renaissance, Doubleday & Company, New York, 1968

İstinadlar