Qravia döyüşü () — Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı Osmanlı imperiyası ilə Yunan üsyançıları arasında baş vermiş döyüşlərdən biridir.
Osmanlı sərkərdəsi Ömər Viryoni təxminən 9000 nəfərlik ordusu ilə Alamana döyüşündə yunanları məğlubiyyətə düçar edir. Bu döyüşdən sonra o, sağ qalmış yunan müqavimət döyüşçülərini axtarıb tapmaq üçün növbəti hərbi əməliyyata başlamışdır. Yunan lideri Odissey Andrutsos 120 nəfərlik bir qrupla Qravia qonaq evində mövqe tutaraq ətraf ərazilərdə istehkamların hazırlanması haqqında əmr vermişdir.
Osmanlı qüvvələri müqavimət dəstəsinin yerini müəyyən etdikdən sonra Qravia qonaq evinə hücum etsə də, barrikadaları aşa bilməmiş və çoxayda itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Bu fürsətdən istifadə edən yunanlar Osmanlı xəttlərinin arası ilə qaçmışdılar.
Yunan mənbələrinin verdiyi məlumata görə, bu qarşıdurmada Osmanlı qüvvələri təxminən 300, Yunan müqavimət döyüşçüləri isə cəmi 6 əsgər itirmişdir.
Qalereya
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Gallery at The Inn of Gravia
Kateqoriya:Yunanıstandakı döyüşlər
Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsinin döyüşləri