Üner Tan sindromu (UTS) — Türk təkamül bioloqu Üner Tan tərəfindən irəli sürülən və adlandırılan sindrom. UTS-dən əziyyət çəkən insanlar gəzərkən, həm əl həm də ayaqlarını eyni zamanda istifadə edirlər. Eyni zamanda tez-tez ciddi öyrənmə qüsurları ilə qarşılaşırlar. Tan bu vəziyyəti "əks təkamül" (atavizm) nümunəsi kimi izah etmişdir. İrəli sürülən sindrom 2006-cı ildə "BBC 2"-nin "The Family That Walks On All Fours" adlı sənədli filminin mövzusu olmuşdur.

Tarix

Türkiyənin bir kəndindəki on doqquz nəfərlik Ulaş ailəsi, irəli sürülən sindromun əsas nümunəsi olmuşdur. Tan, ailənin beş üzvünün ayaqları və əllərinin hamısını istifadə edərək gəzdiyini təsvir etmişdir. Körpələrdə, bipedal hərəkətə keçməzdən əvvəl və bəzən sonra rast gəlinən nadir bir mərhələ olan bu tip hərəkətə "ayı sürünməsi" deyilir. Ailə üzvlərində öyrənmə qüsurları və nitq problemləri də müşahidə edilir. Tan, bunların Üner Tan sindromunun əlamətləri olduğunu irəli sürmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sindromlar Kateqoriya:Yeriş anomaliyaları