Tibbi ultrasəs (sonoqrafiya) — Qeyri-invaziv görüntüləmə texnologiyası olub, yüksək tezlikli səs dalğaları vasitəsilə insan bədəninin daxili orqan və toxumalarını müayinə etməyə imkan verir.

Mahiyyəti

Rentgen və KT (kompüter tomoqrafiyası) kimi ionlaşdırıcı şüalanmadan istifadə etmədiyi üçün təhlükəsiz sayılır və müxtəlif klinik sahələrdə geniş tətbiq edilir. Ultrasəsin əsas tətbiq sahələrindən biri hamiləlik zamanı dölün inkişafını izləmək olsa da, onun istifadəsi təkcə ginekologiya ilə məhdudlaşmır. O, kardiologiya, radiologiya, qastroenterologiya, ortopediya və digər sahələrdə geniş istifadə olunur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Akustika Kateqoriya:Tibbi avadanlıqlar Kateqoriya:Fizioterapiya Kateqoriya:Tibbi görüntüləmə Kateqoriya:Avstraliya ixtiraları Kateqoriya:Almaniya ixtiraları