Ukrayna İnternet Partiyası () – Ukraynada yaradılmış siyasi partiya. Baş qərargahı Odessa şəhərində yerləşir. Dünyanın ilk internet partiyası kimi təqdim olunur.

Tarixi Partiya 2007-ci ildə haker Dmitri Qolubov tərəfindən qurulmuşdur. Partiyanın yaradılması konqresi 1 oktyabr 2007-ci ildə baş tutmuşdur. Partiya rəsmi olaraq 24 fevral 2009-cu ildə təqdim olunmuş, 1 martda ilk rəsmi konqresi keçirilmişdir. Partiyanın şüarı "bürokratiyaya qarşı elektron hökumət" adlanır.

2012-ci ildə keçirilmiş Ukrayna parlament seçkilərində partiya bir yer uğrunda mübarizə aparmış, lakin parlamentdə təmsil oluna bilməmişdir.Party of Regions gets 185 seats in Ukrainian parliament, Batkivschyna 101 — CEC , Interfax-Ukraine (12 November 2012) 2014-cü ildə partiya Dart Veyder adlı bir şəxsi namizəd göstərməyə cəhd etmişdir. Lakin şəxsin real kimliyi təsdiqlənmədiyi üçün onun qeydiyyatı qəbul edilməmişdir.Man named Darth Vader files documents to be registered as presidential candidate in Ukraine , Interfax-Ukraine (29 March 2014)Ukraine’s Darth Vader presidency bid rejected , Euronews (4 April 2014) Partiya Dart Vader adlı şəxsi 2014-cü ildə Kiyev və Odessa şəhərinin mer seçkiləri üçün də namizəd göstərilmişdir. Odesa registered as a candidate for mayor of Odesa Darth Vader , RBC Ukraine (1 may 2014) Darth Vader goes to the mayor of Kyiv , Korrespondent.net (1 may 2014) 2014-cü ildəki Ukrayna parlament seçkilərində partiya Dart Veyder ilə yanaşı digər "Ulduz müharibələri" personajlarını – Çubakka, Padme Amidala və Yodanı namizəd kimi təqdim etmişdir.Darth Vader Is Running for Prime Minister of Ukraine, Vowing to Take On Putin , Newsweek (10/24/14) Seçkilər zamanı partiya tələb olunan 5% həddi keçə bilməmiş və səslərin cəmi 0,36%-ni toplamışdır.Poroshenko Bloc to have greatest number of seats in parliament , Ukrainian Television and Radio (8 November 2014)People's Front 0,33% ahead of Poroshenko Bloc with all ballots counted in Ukraine elections — CEC , Interfax-Ukraine (8 November 2014)Poroshenko Bloc to get 132 seats in parliament — CEC , Interfax-Ukraine (8 November 2014) Partiya qurucusu Qolubov parlamentə seçilə bilmişdir.

23 oktyabr 2015-ci ildə İnternet Partiyasının üzvləri Dart Vader heykəlinin açılış mərasimində iştirak etmişdir. Bu heykəl Odessada yerləşən Lenin heykəlinin sənətçi Aleksandr Milov tərəfindən modifikasiya edilməsi ilə yaradılmışdır.

2019-cu ildəki Ukrayna parlament seçkilərində partiyanın bir namizədi olsa da, səslərin cəmi 0,15%-ni (133 səs) toplaya bilmişdir. Partiya lideri Qolubov bu dəfə müstəqil namizəd kimi parlamentə seçilmişdir.

Məqsədlər Ukrayna İnternet Partiyasının məqsədlərinə bütün ölkəni kompüterləşdirmək, rəqəmsal mediaya keçid etmək, əhalini pulsuz kompüter kursları ilə təmin etmək, bürokratiyanın neqativ tərəflərini yox etmək, vergi sisteminin liberallaşdırılması, spirtli içkiləri və siqareti qadağan etmək, kənd təsərrüfatı islahatları aparmaq kimi hədəflər daxildir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı (arxivləşdirilib)

Kateqoriya:Ukraynadakı siyasi partiyalar