Dinopium javanense (Adi alovbel) — Həmçinin "adi qızılbel" kimi tanınan, "Picidae" fəsiləsinə aid kiçik (28–30 sm) üçbarmaqlı bir ağacdələn növü. Bu quş Cənub və Cənub-Şərqi Asiyada geniş yayılmışdır.Pittie, Aasheesh & Jayapal, Rajah & Jayadevan, Praveen. (2020). Taxonomic updates to the checklists of birds of India, and the South Asian region-2020. Indian BIRDS. 16. 12-19.

Təsvir

Erkək və dişi fərdlər baş kəkili rənginə görə fərqlənir: erkəklərin parlaq qırmızı, dişilərin isə ağ zolaqlı qara kəkili var. Hər iki cinsin ağ üst göz xətti, ağ yanaq zolağı və ağ boğaz nahiyəsi var, bunlar qara zolaqlarla ayrılır. Quşun alt hissəsi ləkəli qara və ağ rəngdədir. Adi alovbel, böyük alovbel (Chrysocolaptes guttacristatus) kimi digər qızılbəl ağacdələnlərdən kiçik dimdiyi və qara boyun arxası ilə fərqlənir. Qara-bel alovbeldən isə qırmızı beli və ağ boğazı ilə seçilir. Onun yüksək səslə çıxardığı "kow-kowp" səsi böyük alovbelin səsinə çox bənzəyir və bu, adi alovbeli Himalay alovbelindən ayırmaq üçün ən yaxşı üsuldur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1797-ci ildə təsvir edilən quşlar Kateqoriya:Dinopium Kateqoriya:İndoneziya quşları Kateqoriya:Banqladeş quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları