Malpolon moilensis (Saxta kobra) və ya "başlıqlı malpolon" — Afrika və Yaxın Şərqin bəzi bölgələrində tapılan "opisthoglyphous" (arxa dişli) ilan növü. "Saxta kobra" adı ondan qaynaqlanır ki, bu ilan əslində kobra deyil, lakin kobranın duruşunu təqlid edərək boynunu başlıq şəklində genişləndirir və kobraya bənzər səs çıxarır.

Təsvir

Yetkin fərdlər adətən 0,8 – 1,4 m uzunluğunda olur, lakin bəzi nümunələr 1,9 m-ə qədər böyüyə bilir. Onların böyük, yumru və qırmızımtıl rəngli gözləri var. İlanın əsas xüsusiyyətlərindən biri yanağından çənə bucağına qədər uzanan qara ləkədir. Bədəninin ümumi rəngi saman rəngindədir və bədən boyunca qəhvəyi ləkələrlə örtülüdür. Qarın hissəsi adətən krem rəngindədir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1834-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya sürünənləri