Litva Silahlı Qüvvələri - Silahlı Qüvvələrin əsas vəzifəsi ölkənin müstəqilliyini, suverenliyini,Litvanın müdafiə sistemi Milli Təhlükəsizlik Strategiyasının mandatına uyğun olaraq “tam və qeyd-şərtsiz müdafiə” konsepsiyasına əsaslanır. Litva Silahlı Qüvvələri NATO-nun tamhüquqlu üzvüdür və alyans çərçivəsində bir sıra əməliyyatlara qatılır.
Struktur
Quru Qoşunları (Sausumos pajėgos) Litva Silahlı Qüvvələrinin ən böyük hissəsidir. Əsas vəzifələri ölkənin quru sərhədlərinin müdafiəsi və hərbi əməliyyatlarda iştirakdır. Əsas bölmələrinə mexanikləşdirilmiş briqadalar və kəşfiyyat bölmələri daxildir. Hərbi Dəniz Qüvvələri (Karines jūrų pajėgos) Baltik dənizində Litvanın sahil sularını qorumaq və NATO-nun dəniz əməliyyatlarında iştirak etmək məqsədilə yaradılmışdır. Hərbi Hava Qüvvələri (Karines oro pajėgos) Hava məkanının mühafizəsi və hava nəqliyyatı xidmətləri həyata keçirir. Litva hava məkanının NATO tərəfindən qorunduğu "Baltic Air Policing" missiyasına ev sahibliyi edir. Xüsusi Əməliyyat Qüvvələri (Specialiųjų operacijų pajėgos) Əməliyyatlar, anti-terror, və xüsusi tapşırıqlar üçün hazırlanmış yüksək ixtisaslı hərbi hissədir. Könüllü Milli Müdafiə Qüvvələri (Krašto apsaugos savanorių pajėgos) Yerli səviyyədə müdafiə və mülki-müdafiə tapşırıqları üçün formalaşdırılmış yarıpeşəkar və könüllü bölmədir.
İstinadlar