Bağdadın mühasirəsi — 1821-ci ilin oktyabrında Bağdad şəhərində Məhəmməd Əli Mirzənin başçılıq etdiyi hücuma keçən Qacar ordusu ilə Davud Paşanın əyalət komandanlığı altında müdafiə edən Osmanlı imperiyası arasında hərbi toqquşma.Bu, 1821–1823-cü illərdə Osmanlı–İran müharibəsinin bir hissəsi idi.
Zəmin XIX əsrin əvvəllərində Osmanlı imperiyası qərbdə yunan üsyanı ilə mübarizə aparan zaman şərqdə Qacar dövlətinin güclənməsi təhlükəsi ilə üz-üzə idi. Osmanlının rəqibi olan Rusiya Osmanlı dövlətini daha da zəiflətmək üçün fürsət görmüşdü. Rusiya İran vəliəhdi, Fətəli şah Qacarın oğlu Abbas Mirzəni Osmanlı Türkiyəsini işğal etməyə sövq etmişdi. Qacarlar Osmanlı imperiyasına qarşı çıxan kürd tayfalarına dəstək olaraq, Şərqi Bəyazid və Van yaxınlığındakı Osmanlı ərazisinə keçmişdilər.
Osmanlılar buna iki qollu əks-hücumla cavab vermişdilər. Şimalda Məhəmməd Əmin Rauf paşa Şərqi Anadoludakı İran qarnizonlarına hücum edib Azərbaycanın bir hissəsini işğal edərək İranın qoşun toplamasının qarşısını almaq və Osmanlı şərtləri ilə sülhə məcbur etməyi planlaşdırırdı.
Cənubda, sentyabr ayında Bağdadın Osmanlı "vəlisi" Davud Paşa tərəfindən ikinci əks hücum təşkil edilmişdi. O, İranı işğal etmiş, lakin nəticədə uğursuz olmuş və Fətəli Şah Qacarın böyük oğlu şahzadə Məhəmmədəli Mirzənin rəhbərliyi altında Qacar ordusu tərəfindən təqib edilmişdir. Qacarlar Osmanlı müxalifətini məğlub edən feyli kürdlər və lurların dəstəyi ilə Diyalə çayıboyunca Şəhriruzu ələ keçirmiş, türkləri yenidən Osmanlı ərazisinə qovmuş və Kərkükə çəkilməyə məcbur etmişdilər. Məhəmmədəli mirzə Süleymaniyyəni fəth etmiş və Samarranın alınmasından sonra Qacar ordusu 40.000 piyada və artilleriya ilə Bağdadı mühasirəyə almışdır.Al-Bustani, 1979, p. 65Azap, E. Y. (2022). "Military Reforms and Their Consequences during the Reign of Fath Ali Shah (1797–1834) in Iran." Journal of Language and History-Geography, Ankara University, 62(2), 1122–1123. Mühasirə uğurlu olacağı halda, regional güc balansını İranın xeyrinə dəyişəcəkdi.
Mühasirə Şəhərin müdafiəsinə Davud Paşa başçılıq edirdi. Yalnız məhdud qüvvələr almasına baxmayaraq, Davud Paşa şəhərin müdafiəsini uğurla təşkil etmiş, istehkamları gücləndirmiş və təchizat xətlərinin toxunulmaz olmasını təmin etmişdir.
Qacar ordusunun şəhərin möhkəm istehkamlarını yarmaq cəhdlərinə sayca az olan Osmanlı qüvvələri müqavimət göstərmişdilər. Mühasirə davam etdikcə məlum olmuşdur ki, Qacar qüvvələri ilkin irəliləyişlərinin sürətini qorumaq üçün mübarizə aparırdı. Xüsusən də bölgənin ağır şərtləri və maddi-texniki çətinliklər Qacar ordusuna ziyan vurmuşdur. Mühasirə zamanı Qacar qüvvələrini məhv edən vəba epidemiyası baş vermişdir. Məhəmmədəli mirzə özü xəstələnmiş və bir ay sonra, noyabrın 22-də Ktesifonda olan zaman vəfat etmişdir. Epidemiyanın Osmanı tərəfinə təsiri naməlumdur.Hambly, Gavin R. G. (1968). "Ch. 4". The Cambridge History of Iran. Vol. 7. Cambridge University Press. p. 163.
Qacarlar və Osmanlılar danışıqlara başlamışdır. İran Osmanlı mənbələri bir-biri ilə ziddiyyət təşkil edir, hər ikisi digərinin sülh üçün elçi göndərdiyini iddia edir. Hər halda, danışıqlar 1821-ci ilin sonlarında mühasirənin götürülməsinə səbəb olmuşdur. Qacarlar ağır itki vermişdilər, Osmanlı itkiləri bilinmir. Osmanlılar Bağdadı ələ keçirmiş və Qacar ordusu şimala, Ktesifona doğru yola düşmüşdür.
Təhlili Mühasirə təkcə hərbi mübarizəni deyil, həm də regional ittifaqların toqquşmasını təmsil edirdi. Regiondakı həm Osmanlı, həm də Qacar qüvvələri tərəfindən rəftar edilən bir çox kürd tayfalarının mürəkkəb loyallıqları var idi. Qacarlar onları Osmanlı repressiyalarından qoruyacaqlarına söz vermiş, Osmanlılar isə bölgədəki sabitliklərini və tarixi varlıqlarını vurğulamışlar. Bundan əlavə, Qacar hücumuna daha geniş geosiyasi amillər təsir etdi. Qacarlar sülaləsi Rusiyanın dəstəyi ilə mühüm ticarət yollarına nəzarət etmək və Osmanlı imperiyasına qarşı mövqelərini gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edən Mesopotamiya üzərində təsirini genişləndirməyə çalışırdı.
Uğursuz mühasirə XIX əsrdə Osmanlı-İran müharibələrinin daha geniş dinamikasını vurğulamışdır. Bu dövr regional hökmranlıq uğrunda gərgin rəqabətlə səciyyələnir. Qacarlar qərbdə Osmanlının diqqətini yayındırmaqdan yararlanmağa çalışsalar da, Osmanlılar Avropa ərazilərində davam edən problemlərə baxmayaraq, şərqdə öz maraqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirmişdilər.Cevdet, Ahmet (2017). History of Cevdet/Târîh-i Cevdet (Tertib-i Cedîd) Zeyl ve İlaveleriyle Tam Metin Transkripsiyon, 3. Kitap (9, 10, 11, 12. Ciltler). Ahmed Cevdet Pasha Turkey: Union of Chambers and Commodity Exchanges of Turkey (TOBB). p. 3286
Tarixçi Əminə Pakrəvan yazır: "Kirmanşahın valisi Məhəmmədəli mirzə Dövlətşahi böyük bir təərrüzə başlamışdı. Dövlətşahi öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asan müvəffəqiyyət əldə etmişdi. Çünkü qəflətən hücuma uğrayan Bağdad valisi Davud paşa həm hazırlıqsız yaxalanmışdı, həm də qarşı qoya biləcək önəmli gücü yox idi. Qacar tərəfi bu savaşa çox hazırlanmışdı. Burada belə bir sual ortaya çıxır ki, bu qədər iqtidar hərisi olan Dövlətşahi nədən Bağdadı işğal etməmişdir? Əcəba xarici dövlətlərin müdaxiləsimi olmuşdur, yoxsa İraq din xadimlərimi bu savaşa qarşı çıxmışdılar? Çünkü Şiə inancının önəmli rəhbərləri bu ərazilərdə uyumaqdadır. Bu şəhərləri savaş yolu ilə ələ keçirmək üçün Hülaku xan qədər dinsiz olmaq gərəkirdi. Lakin Dövlətşahi şiə gələnəklərinə çox bağlı idi. Din xadimlərinin fitvaları ilə hesablaşırdı. Özəlliklə də Abbas mirzənin yerini almaq üçün din xadimlərinin dəstəyini almış durumda idi. Əcəba din xadimlərimi Dövlətşahinin İraqı savaşla istila etməsini önlədilər? Nəcəf və Kərbəla kimi şəhərlərin top atəşinə tutulması şiə məzhəbinin müqəddəsatına toxunmaq anlamında idi. Lakin bütün bu dəlillərin ötəsində ən önəmli məsələ onun cismi vəziyyətinin dəyişməsi idi. O zaman 35–36 yaşlarında bulunan Dövlətşahi çox güclü bünyəsi ilə məşhur idi. Ancaq ürək ağrısı onu yaxaladı və çox keçmədən ağır bir qızdırmaya mübtəla oldu. Bu üzdən də Bağdad paşası ilə böyük savaşa girmədən geri dönmək zorunda qaldı. Geri dönüb və xəstəliyinə şəfa axtarmaq istəyirdi. Kərənd kəndində hiss etdi ki, ölmək üzrədir. Bu kənddə köhnə və artıq istifadə edilməyən sökük bir qalanın divarlarına söykənib can verdi. Onun cəsarəti və şücaəti inkar edilməz idi, lakin həsəd onu məhv etmişdi. Dövlətşahinin ölümü Abbas mirzəni ona qarşı yönəlmiş həsədlərdən rahat etmədi. Dövlətşahinin həsəd mirasını başqa qardaşları daşımaqdaydılar".
İstinadlar
Kateqoriya:1821-ci ildə Osmanlı imperiyası Kateqoriya:Mühasirələr