Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Anjulu Mariya (; ) — Macarıstan və Xorvatiya kraliçası.
1371-ci ildə Budada dünyaya gəldi. Atası Macarıstan, Xorvatiya və Polşa kralı I Lüdovik, anası isə onun ikinci xanımı Bosniyalı Yelizavetadır. Atasının ölümünün ardından, 1382-ci ildə 11 yaşında Macarıstan və Xorvatiya taxt-tacına çıxarıldı. Anası naibə olaraq onun yerinə dövlət işlərini apardı. Hələ körpə ikən atası onu Müqəddəs Roma imperatoru IV Karlın oğlu Lüksemburqlu Siqismundla nişanlamışdı. Ancaq anası bu nişanı pozaraq qızını Fransa kralı VI Karlın kiçik qardaşı Orlean hersoqu I Lüdoviklə nişanladı. Ancaq Lüksemburqlu Siqismund buna etiraz etdi və 1385-ci ilin sentyabrında Dalmatiya sahillərinə səgər çıxardı. Naibə Bosniyalı Yelizaveta qızını onunla evləndirməyə məcbur oldu. Buna baxmayaraq Neapol kralı III Karlın Budanı işğal etməsinə mane ola bilmədi. Anjulu Mariya və anası həbs edildi. Ancaq həbsdə ikən apardığı saray intriqaları nəticəsində Bosniyalı Yelizavetanın rəhbərlik etdiyi bir saray çevrilişi ilə III Karl 24 fevral 1386-cı ildə qətlə yetirildi.
Həbsdən çıxarılan Anjulu Mariya yenidən taxta çıxarılsa da, anası Bosniyalı Yelizaveta artıq saray əyanlarının nifrətini qazanmışdı və çox keçmədən 1387-ci ildə öldürüldü. Əri Lüksemburqlu Siqismundla birlikdə ortaq monarx olsa da, dövlət idarəsində heç bir söz sahibi olmadı. 1395-ci ildə yganə övladına hamilə ikən atdan yıxıldı və qarnındakı övladıyla birlikdə vəfat etdi. Ölümündən sonra Macarıstan və Xorvatiya taxt-tacı ərinin idarəsində qaldı.
Mənbə
Ədəbiyyat
İstinadlar