Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır.

Tarixi Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..

Coğrafiyası və iqlimi Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.

Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..

Əhalisi Əhalisi 545 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Tanınmış şəxsləri Vəli Hüseynov — fizik; Fizika riyaziyyat elmləri doktoru. Akademik; AMEA-nın müxbir üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi Rüstəm Behrudi — şair. Cavad Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1976), professor (1982), Azərb. Respublikası Dövlət mükafatı laureatı (1982). Əhməd Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1978), prof.(1981). Nazim Hüseynov — texniki elmlər doktoru, professor, Milli Aviasiya Akademiyasının meteorolojiya kafedrasının müdiri, Azərnaviqasiya şirkətinin eksprezidenti. Nurəddin Sadıqov — Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (1992–1993), Hərbi işlər üzrə dövlət müşaviri (1993–2000), General-mayor. Əsgər Hacıyev — Sosialist Əməyi Qəhrəmanı.

İqtisadiyyatı Əhalisi bağçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur.

Mədəniyyəti Orta məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ordubad rayonunun kəndləri