Ağ lotos () — Mayk Uayt tərəfindən HBO kabel telekanalı üçün yaradılmış və 11 iyul 2021-ci ildə debüt etmiş amerikan qara komediya dram antologiya teleserialı. Serialda, beynəlxalq kurort şəbəkəsinə daxil olan otellərdə dincələn bir qrup qonağın başına gələn macəralardan bəhs edilir. Serialın birinci mövsümündə hadisələr Havayda, ikinci mövsümdə Siciliyada, üçüncü mövsümdə Tailandda baş verir və müvafiq olaraq çəkilişlər də qeyd edilən yerlərdə həyata keçirilmişdir.

2020-ci ilin oktyabrında "Ağ lotos"a miniserial kimi yaşıl işıq yandırılsa da, 2021-ci ilin avqustunda serialın antologiyaya çevriləcəyi elan edilmişdir: serialın ikinci mövsümü 30 oktyabr-11 dekabr 2022-ci il tarixində, üçüncü mövsüm isə 16 fevral-6 aprel 2025-ci il tarixlərində yayımlanmışdır. Serial xətti yayımla yanaşı, həm də Max strim servisində yayımlanır.

Ssenarisi, aktyor işi, yumoru və texniki keyfiyyətlərinə görə tənqidçilər tərəfindən çoxlu sayda mükafata nominat göstərilmiş və bəzi nominasiyalarda qalib gəlmişdir: onların arasında on beş Praymtaym Emmi mükafatı - o cümlədən, Ən yaxşı miniserial və ya antologiya, iki Qızıl Qlobus mükafatı - o cümlədən, Ən yaxşı miniserial və ya telefilm - mükafatı da var. Serialın ilk iki mövsümündəki roluna görə aktrisa Cennifer Kulic iki Praymtaym Emmi və Qızıl Qlobus mükafatları da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüş, Mark Uaytın isə ssenari və rejissor işi qiymətləndirilmişdir.

İstinadlar

Kateqoriya:Ağ lotos Kateqoriya:2020-ci illərin ABŞ antologiya teleserialları Kateqoriya:2020-ci illərin ABŞ komediya-dram teleserialları Kateqoriya:2020-ci illərin ABŞ satira teleserialları Kateqoriya:2021-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Tətil haqqında teleseriallar Kateqoriya:COVID-19 pandemiyasından təsirlənən teleseriallar Kateqoriya:2023-cü il SAG-AFTRA tətillərindən təsirlənmiş teleseriallar Kateqoriya:LGBT mövzulu teleseriallar Kateqoriya:Antologiya teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları