Məsumə Qərib qızı Məmmədova və ya səhnə adı ilə Damla () – Azərbaycanlı pop və estrada müğənnisi, aktrisa.

Həyatı Məsumə Məmmədova 4 fevral 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhər 36 nömrəli orta məktəbdə almışdır. Daha sonra o, 2005–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xanəndəlik və mahnı janrı fakültəsində təhsil almışdır .

Karyerası Musiqi karyerasına 2010-cu illərin əvvəlində başlayıb. İlk mahnılarını internetdə paylaşaraq geniş kütlənin diqqətini çəkib.

Respublika üzrə çoxsaylı dövlət tədbirlərinin, marafon və konsert proqramlarının iştirakçısı olmuşdur. Prezident seçkilərinə həsr olunmuş seçkiöncəsi konsertlərdə, həmçinin Bakı və Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan tədbirlərdə səhnə almışdır.

Ən populyar ifaları arasında: “O mənəm”, “Can dostum”, “Vur ürəyimdən”, “Bu yaxınlarda”, “Fırtına”, “Sevmişdim”, “Gəlincik”, “Yara”, “Sevgi”, “Mən razı”, “Hazırlaşır”, “Üzərlik”, “Mənimsən”, “Vur komandir” və digər mahnılar yer alır.Müğənni Damla ad günündə 4 minlik mahnı ifa edib

Konsertlər

Damla müxtəlif böyük məkanlarda solo konsertlər vermişdir:

Bakı — “Yaşıl Teatr”, Heydər Əliyev Mərkəzinin qarşısı

Gəncə — Gəncə Dövlət Filarmoniyası

Sumqayıt — “Kimyaçılar” Sarayı Mingəçevir — Mingəçevir Dövlət Dram Teatrı. Naxçıvan — saat meydanı

Müxtəlif dövlət bayramlarında — Dirçəliş günü, Milli Qurtuluş günü, 28 May Respublika günü, Bayraq günü, Dövlət Müstəqilliyi günü — solo proqramlarla çıxış etmişdir.

Xüsusi konsert proqramları

Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert

Zəfər bayramının 5 illiyi münasibətilə Gədəbəy və Neftçalada konsertlər

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə solo çıxış.

Beynəlxalq çıxışlar Damla həmçinin müxtəlif ölkələrdə solo konsert proqramları ilə çıxış etmişdir:

Gürcüstan Dövlət Filarmoniyası

Rusiya — Moskva da daxil olmaqla bir çox şəhərlər, “Crocus City Hall”

Almaniya — Köln şəhəri

Mahnıları Anam Demişdi Qiyamət İnciyəndə Gözüm Dəydi Oğlum Əl Çək Asılqan İlan Yara Xəncər Ay Balam Vur Ürəyimdən Üzərlik Mənimsən Şərəfsiz Can Dostum Sevmişdim Getdi Yar Çamadan Bu Yaxınlarda (Əzizim) Bəri Bax Gəlsin Tar Lənət Olsun Oyun Tilsim Sevgi Qatarı Mən Razı Saat 10 Tamam Ay Sevgilim Qərib Axşamlar Təsəlli Bəs Edər Gelincik Xoşbəxt Ol Şansın Yox Kabus

Klipləri Xəncər Sevmişdim Fırtına Gelincik Tilsim Kabus Yara Mən Razı Can Qızım Hazırlaşır Kibrit Düşmən Nöqtə Gözlə Məni Əl Çək Məhkum Eşq Sağ Ol Mənimsən Şərəfsiz Gözüm Dəydi Qiyamət Anam Demişdi

İstinadlar

Xarici keçidlər Damla — İnstagram hesabı

Damla — YouTube kanalı

Damla — TikTok hesabı