Bess Lomaks Hous (; ) — amerikalı folk musiqiçisi, folklorşünas və tədqiqatçı. O, Con Everi Lomaks və Bess Bauman-Braun Lomaksın qızı, Alan Lomaks və Con Lomaks bacısı idi.

Həyatı və təhsili Texasda anadan olan Bess uşaq yaşlarından anasının rəhbərliyi altında klassik fortepiano ifaçılığında böyük uğurlar qazanmışdır. Daha sonra gitarada çalmağı öyrənmişdir. O, folklor musiqisini çox erkən yaşlardan öyrənmişdir, çünki atası, keçmiş ingilis dili professoru və iki dəfə Amerika Folklor Cəmiyyətinin prezidenti olmuş Con Everi Lomaks 1935–1948-ci illərdə Amerika Xalq Mahnılarının Kitabxanasında fəxri kurator vəzifəsində çalışmışdır.Sisario, Ben, "Bess Lomax Hawes, Folklorist and Singer Who Co-Wrote 'M. T. A.,' Dies at 88" , The New York Times, November 30, 2009 (print edition of December 2, 2009).

Con Everi Lomaks 1900-cü illərdən etibarən kovboy mahnıları toplamış və nəşr etdirmişdir. O və oğlu Alan ABŞ Konqres Kitabxanasının sifarişi ilə Cənub bölgələrinə səfərlər edərək kənd musiqiçilərinin ifalarını lentə almışdır. Onların ilk səfəri zamanı Luiziana Ştat Həbsxanasında (Anqolada) Haddi Ledbetter ("Ledbelly") adlı musiqiçini qeydə almışlar. Daha sonra Ledbetter ənənəvi afroamerikan musiqisinin uğurlu və təsirli ifaçılarından biri olmuşdur. Sonrakı illərdə atası və qardaşı, müxtəlif folklorçular, musiqişünaslar və bəstəkarlarla birlikdə işləyərək 10.000-dən çox xalq və instrumental musiqi yazısı toplamışdır. Onlar Amerika auditoriyasına Muddi Uoters, Vudi Qatri, Coş Uayt və Börl Ayvs kimi xalq və blüz musiqiçilərini tanıtdırmışdır.

Bess 15 yaşında Texas Universitetinə daxil olmuş, daha sonra atası Con, qardaşı Alan və modernist bəstəkar Rut Krouford Siqerlə birlikdə "Bizim Mahnı Ölkəmiz" (Our Singing Country, 1941) kitabının hazırlanmasında iştirak etmişdir. O, Brin-Mar Kollecində sosiologiya üzrə təhsil alaraq məzun olmuşdur. 1960-cı illərdə isə Berkli Kaliforniya Universitetində folklorşünaslıq üzrə magistr dərəcəsi almış və professor Alan Dandesin rəhbərliyi altında çalışmışdır. Dreier, Peter, and Jim Vrabel. "Banned in Red Scare Boston: The Forgotten Story of Charlie & the MTA". Dissent, Spring, 2008.

Musiqi və folklor fəaliyyəti 1940-cı illərin əvvəllərində Nyu-Yorka köçmüş və burada folk musiqi səhnəsinin fəal iştirakçısı olmuşdur. O, Almanax Mahnıçıları adlı musiqi qrupunun üzvü olmuş və 1943-cü ildə həmin qrupun digər üzvü, rəssam Baldvin ("Buç") Hous ilə evlənmişdir. Onu mandolində çalmağa Vudi Qatri öyrətmişdir. İkinci Dünya müharibəsi zamanı, Bess Lomaks Hous Müharibə Məlumatları İdarəsində işləyərək xaricdəki əsgərlər üçün radio yayımlar hazırlamışdır. The Films of Bess Lomax Hawes Four films made at San Fernando Valley State (1964–1970) (afterwards California State University Northridge): Georgia Sea Island Singers, Buckdancer, Pizza Pizza Daddy-O, and Say Old Man Can You Play the Fiddle.

Müharibədən sonra ailəsi ilə birlikdə Bostona köçmüş və 1949-cu ildə Volter A. O'Brayenin meri olmaq üçün apardığı kampaniya üçün mahnılar yazmışdır. Bunlardan "M. T. A." mahnısını Jaklin Stayner ilə birlikdə bəstələmişdir. Bu mahnı 1959-cu ildə Kingston Trio tərəfindən ifa olunaraq məşhur olmuşdur. 1968-ci ildə San Fernando Vadisi Dövlət Kollecində (indiki Kaliforniya Ştat Universiteti, Nortric) antropologiya üzrə dosent kimi çalışmağa başlamış və daha sonra həmin fakültənin rəhbəri olmuşdur. 1971-ci ildə onun həyat yoldaşı Buç Hous vəfat etmişdir. 1975-ci ildə, o, Smitsonian İnstitutunda inzibati vəzifəyə qəbul olunmuş və 1976-cı ildə ABŞ-ın 200 illik müstəqillik yubileyi münasibətilə keçirilən "Amerika Folklor Festivalı"nın təşkilində mühüm rol oynamışdır.

Vəfatı və irsi Bess Lomaks Hous Kaliforniya Ştat Universitetində çalışarkən Los-Anceles və digər bölgələrdə tələbələrinin topladığı geniş bir xalq mahnıları arxivi yaratmışdır. Bu arxiv Nortric Universitetinin Xüsusi Kolleksiya və Arxivlər bölməsində saxlanılır. O, 27 noyabr 2009-cu ildə, Portlandda insult keçirdikdən sonra 88 yaşında vəfat etmişdir.

Biblioqrafiya Hous, Bess Lomaks. Step it Down: Afro-Amerikan İrsindən Oyunlar, Mahnılar və Hekayələr. (University of Georgia Press, 1987). Hous, Bess Lomaks, Alan Lomaks və J. D. Elder. Halqanın İçində Qəhvəyi Dərili Bir Qız Var (There's a Brown Girl in the Ring), (Random House, New York, 1997). Karib oyunlarına aid kitab. Hous, Bess Lomaks. Gözəl Oxu: Bir Xatirə (Sing It Pretty: A Memoir) (University of Illinois Press, 2008).

İstinadlar

Xarici keçidlər Bess Lomax Hawes. Smithsonian Folklife Center. Dreier, Peter. "Remembering Bess Lomax Hawes". Huffington Post, November 30, 2009. Dreier, Peter, and Jim Vrabel. "Banned in Red Scare Boston: The Forgotten Story of Charlie & the MTA". Dissent, Spring, 2008. Dreier, Peter, and Jim Vrabel. "Will Charlie Ever Get Off That Train? The true story of the Ballad of the MTA". Huffington Post, February 15, 2009. [ Bess Lomax Hawes] at Allmusic

Kateqoriya:Folklorşünaslar Kateqoriya:XX əsr ABŞ musiqiçiləri