Ballo (; ) — XV əsrdən məlum olan, tempi və ölçüsünün tez-tez dəyişməsi ilə xarakterizə olunan şən, oynaq və ya pantomimik italyan rəqs növü. Adı latın ballō, ballāre sözündəndir, "rəqs etmək" mənasını verir, bu da öz növbəsində yunanca "βαλλίζω" sözündən gəlir ki, "rəqs etmək", tullanmaq" mənalarını verir.. Yunanıstanda Ballos adlı yunan rəqsi də var. Yaranma tarixi XV əsr bəstəkarları Domeniko da Piacenza (1390-1464) və Qilelmo Ebreo da Pesaro (1410-1481) balli üçün musiqilər yazmışdır. Onlar həm də bu rəqsdən bəhs olunan xoreoqrafiyaya dair traktatların müəllifləridir.
Domeniko da Piacenza balli rəqslərinin növləri haqqında yazırdı: Bassadanza, bas dans-dan (Fransa və Burqundiya saraylarında ifa edilən məşhur rəqs), 6/4 və ya 3/2 ölçülü rəqsdir; quadernaria bassadanzadan altıda bir dəfə daha sürətlidir; saltarello bassadanzadan altıda iki dəfə daha sürətlidir; piva bassadanzadan iki dəfə daha sürətlidir.Sparti, Barbara (1986). "The 15th-Century "balli" Tunes: A New Look". Early Music. 14 (3): 346–357. doi:10.1093/earlyj/14.3.346 . JSTOR 3127107.
Artıq XV əsrdə "ballo" adı xoreoqrafik pantomimanın daxil olduğu bal və səhnə rəqslərinə də yer verilməyə başlandı.
XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması, Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri Ballata rəqsi də Ballonun bir qolu sayılır.
Barok musiqisi İntibah rəqsi Barokko balosu, Klaudio Monteverdi (Il ballo delle ingrate) və Françesko Lambardi (Una festa a ballo) kimi bəstəkarlar tərəfindən vokal nömrələr də daxil edilərək genişləndirilmişdir. Handel, II pastor fido (Handel) 1734 versiyasına iki səs yazıcısı və skripka üçün balonu daxil etmişdi.
XVI əsrin ortalarından müxtəlif fiqurların təqdim olunduğu obrazlı, xarakterli rəqs növü olan "ballo figurato" meydana çıxdı. Bu cür rəqslər XVII əsrin ortalarına qədər məşhur idi.
Həmçinin bax Ballata İstinadlar
Ədəbiyyat
Guglielmo Ebreo. De Pratica Seu Arte Tripudii: "On the Practice or Art of Dancing" () Domenico da Piacenza. De Arte Saltandi et Choreas Ducendi Kateqoriya:İtaliya rəqsləri