Yordanka Nikoleva Yurukova () — Bolqar arxeoloq və numizmat idi, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.

Bioqrafiya Yurukova 1936-cı ildə Sofiyada anadan olmuşdur. 1960-cı ildə Sofiya Universitetinin Tarix fakültəsini bitirmişdir, burada onun müəllimlərindən biri professor Todor Gerasimov olmuşdur. Daha sonra doktorantura təhsili üçün Fransaya Sorbonna Universitetinə yollanmışdır. Orada "Les ateliers de l'Orient Byzantin" ("Bizans Şərqində zərbxanalar") adlı dissertasiyasını müdafiə etmişdir.

Bolqarıstana qayıtdıqdan sonra 1962-ci ildə tədqiqatçı əməkdaş, 1974-cü ildə ikinci dərəcəli baş tədqiqatçı, 1987-ci ildə isə birinci dərəcəli baş tədqiqatçı olmuşdur. 2008-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Научноинформационен център "Българска енциклопедия". Голяма енциклопедия "България". Том 12. София, Книгоиздателска къща "Труд", 2012. ISBN 9789548104340. с. 4903.

Karyerasının böyük bir hissəsini Sofiya Universitetinin Tarix fakültəsində dərs deməklə keçirmişdir.

1974-cü ildən etibarən numizmatika üzrə qiyabi müəllim, 1992-ci ildən etibarən isə numizmatika üzrə professor olmuşdur. 1975–1997-ci illərdə Veliko Tırnovo Universitetində də qiyabi dərs demişdir. 1992–2001-ci illərdə Yeni Bolqarıstan Universitetinin Arxeologiya Departamentinin direktoru vəzifəsində çalışmışdır.

O, Sarbonna, Uppsala, Cenevrə, Münhen, Frankfurt və San Dieqo universitetlərində mühazirələr oxumuşdur.

Yurukova 1966–1974-cü illərdə "Numizmatika" jurnalının redaktoru, 1974-cü ildən etibarən isə baş redaktoru olmuşdur. 1974–2004-cü illər arasında isə "Arxeologiya" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

2003-cü ildə təqaüdə çıxmış, 31 mart 2012-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti Yurukova Trak sikkələri üzrə mütəxəssis idi və bu mövzuda çoxsaylı əsərlər çap etdirmişdir. O, Rhoimetalkes I-in sikkələrinin onun varislərininkindən daha möhtəşəm olduğunu sübut etmişdir.Wartenberg, Ute. "3 Thracian Identity and Coinage in the Archaic and Classical Period." Thrace–Local Coinage and Regional Identity: 45. Bundan əlavə, Aşağı Misiyanın sikkələri ilə də məşğul olmuş və orta əsr Bolqar möhürləri və Bizans sigilloqrafiyası sahələrində tədqiqatlar aparmışdır.

Tanınma Fəxri üzv – Rumıniya Numizmatika Cəmiyyəti (1985) Vermeil Jetonu – Fransız Numizmatika Cəmiyyəti (1986) Fəxri üzv – Xorvatiya Numizmatika Cəmiyyəti (1987) Müxbir üzv – Amerika Numizmatika Cəmiyyəti (1990) Fəxri üzv – Bolqarıstan Numizmatika Cəmiyyətləri İttifaqı (1995) Fəxri üzv – Belçika Kral Numizmatika Cəmiyyəti (1996) Müxbir üzv – Almaniya Arxeologiya İnstitutu (2002) Müxbir üzv – Bolqarıstan Elmlər Akademiyası (2008)

Seçilmiş əsərləri 1971 – "Античните монети в България" (Bolqrasıtanda qədim pullar) 1978 – "24 монети и печати от България" (Bolqarıstandan 24 sikkə və möhürlər) 1987 – "Монетосеченето на градовете в Долна Мизия и Тракия. II–III в. в Хадрианопол" (Aşağı Miziya və Trakiya şəhərlərinin sikkələri. Adrianapol II–III əsrlərdə) 1994 – "Монетите на тракийските племена и владетели" (Trakiya tayfalarının və hökmdarlarının sikkələri) 2006 – "Съкровища с виза)нтийски монети )на Балканите" (Balkanlarda Bizans sikkələri xəzinələri)

İstinadlar