Birləşmiş Millətlər Təşkilatının Atəşkəsə Nəzarət Təşkilatı (UNTSO) 29 may 1948-ci ildə Yaxın Şərqdə sülhün qorunması məqsədilə yaradılmışdır. Bu, BMT-nin ilk sülhməramlı missiyasıdır.
Tarixi İsrailin 14 may 1948-ci ildə qurulmasından sonra bölgədə baş verən münaqişələr nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə çağırdı. Bu çağırışın yerinə yetirilməsini təmin etmək üçün UNTSO yaradıldı. İlk sülhməramlı qüvvələr 1949-cu ildə bölgəyə göndərildi. İsrail, Misir, İordaniya, Livan və Suriya ərazilərində fəaliyyət göstərir.
Mərkəzi UNTSO-nun ilk mərkəzi Qahirədə yerləşirdi, lakin qısa müddət sonra Hayfaya, daha sonra isə 7 oktyabr 1948-ci ildə Qüdsə köçürüldü.
Ölkələr UNTSO-ya hərbi personal təmin edən ölkələr zamanla dəyişmişdir. 2020-ci il etibarilə aşağıdakı ölkələr təşkilata hərbi müşahidəçilər göndərmişdir: Argentina, Avstraliya, Avstriya, Belçika, Bhuta, Kanada, Çili, Çin Xalq Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fici, Qambiya, Hindistan, İrlandiya, Nepal, Niderland, Norveç, Yeni Zelandiya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə və ABŞ. Böyük Britaniya hazırda UNTSO-ya personal təmin etməyən yeganə Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Beynəlxalq Sülhməramlılar Günü
BMT 29 may tarixini "Beynəlxalq Sülhməramlılar Günü" olaraq təyin etmişdir.
Biblioqrafiya
This article incorporates text from this source, which is in the public domain.
Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:1948-ci ildə yaradılmış hərbi hissələr və birləşmələr Kateqoriya:Sülhməramlı əməliyyatlar