Barbara York (d. 1951, Barbara Enn Elizabet Traubric) anqlo-Sakson İngiltərəsinin tarixçisidir və XIX əsr Anqlo-Saksonizmi də daxil olmaqla bir çox tarixi dövrlərə aid mövzularda ixtisaslaşmışdır. Hazırda Vinçester Universitetində erkən orta əsrlər tarixi üzrə təqaüdçü professor və Kral Tarix Cəmiyyətinin üzvüdür. O, London Universitet Kollecinin Arxeologiya İnstitutunun fəxri professorudur.

Bioqrafiyası Barbara York (qızlıq soyadı Traubric) Horşam Qızlar Liseyində təhsil alıb. O, tarix və arxeologiya üzrə Ekseter Universitetində bakalavr (1969–1972) və doktorantura təhsili alıb. Ekseterdə professor Frank Barlou ilə orta əsrlər tarixi, Ledi Eylin Foks ilə isə arxeologiya dərsləri keçib. Arxeoloq Enn Hamlin və tarixçi Meri Enn O'Donovan onda erkən xristian kilsəsinə maraq oyadıb.

York 1973-cü ildə aspiranturaya başlayıb və professor Frank Barlou və erkən müasir dövr tarixçisi professor Ivan Ruts tərəfindən nəzarət olunub. Onun “400–899-cu illərdə Anqlo-Sakson Krallığı” mövzusunda dissertasiyası 1978-ci ildə Henri Loin tərəfindən yoxlanılıb və kral geneologiyalarının tarixi inkişafı ilə bağlı yeni tədqiqat perspektivləri açmaqla yanaşı, çox vaxt parçalanmış və lakonik olan mənbələrin öyrənilməsində yeni yanaşmalar ortaya qoyub.

O, 1977-ci ildə, hələ doktorluq dissertasiyasını yazarkən, Kinq Alfred Kollecində (indiki Vinçester Universiteti) ilk akademik vəzifəsinə təyin edilib.

1993-cü ildə York dosent vəzifəsinə, 2001-ci ildə isə erkən Orta Əsrlər tarixi üzrə professor vəzifəsinə təyin edilib. Bununla da o, həmin dövrdə Birləşmiş Krallıqda 11,000 professor arasında 1,700 qadından biri olub.

2011-ci ildə Toller məruzəsində "Kral Alfred və Anqlo-Sakson krallıq ənənələri" mövzusunda çıxış edib.

2014-cü ilin sentyabrında Vinçester Universitetinin Uesseks Tarix və Arxeologiya Mərkəzində Yorkun təqaüdə çıxmasını qeyd etmək üçün "Müqəddəslər, Hakimlər və Mənzərələr: Erkən Orta Əsrlər Uesseks" konfransı keçirilib. Bu tədbirin bəzi materialları Yorkun keçmiş tələbələri Ryian Lavelli və Aleksandr Lanqlənds tərəfindən redaktə edilərək "İngilis Qohumlarının Diyarı" adlı xatirə kitabında nəşr olunub.

Elmi araşdırmalar York Orta Əsrlərin post-orta əsr dövründə qəbul olunması sahəsində — “orta əsrçiliyin” (medievalism) araşdırılmasına əhəmiyyətli töhfələr verib. Xüsusilə Kral Alfredin ictimai imicinin və nüfuzunun Normand fəthindən sonra, Viktoriya dövrü boyunca və müasir dövrdə necə formalaşdığını araşdırıb. Bu fenomeni o, "Alfredizm" adlandırır.

Təyinatlar York bir çox yüksək vəzifəli akademik təyinatlar alıb, o cümlədən:

Kral Arxeoloji İnstitutunun vitse-prezidenti Beynəlxalq Anglo-Saksonistlər Cəmiyyətinin idarə heyətinin üzvü Antikvarlar Cəmiyyətinin Şurasının üzvü Vinçester Katedralinin Memarlıq Məsləhət Komitəsinin üzvü

Seçilmiş əsərləri

Kings and Kingdoms of Early Anglo-Saxon England. London, Seaby, 1990. Wessex in the Early Middle Ages. Continuum International, 1995. Bishop Aethelwold: His Career and Influence. The Boydell Press, 1997. The Anglo-Saxons. Sutton, 1999. The Millenary Celebrations of King Alfred in Winchester 1901. Hampshire Papers 17 (Winchester, 1999) Nunneries and the Anglo-Saxon Royal Houses. Continuum International, 2003. “Alfredism: The Use and Abuse of King Alfred’s Reputation in Later Centuries,” in Alfred the Great. Papers from the Eleventh-Centenary Conferences, ed. Timothy Reuter (Aldershot, 2003), pp. 361–80 The Conversion of Britain: Religion, Politics and Society in Britain, 600–800. Longman, 2006. “The ‘Old North’ From the Saxon South in Ninteteenth-Century Britain,” in Anglo-Saxons and the North, ed. Matti Kilpiö, Leena Kahlas-Tarkka, Jane Roberts, and Olga Timofeeva (Tempe, AZ, 2009), pp. 131–50.

İstinadlar