250px|thumb|right|Feminist hərəkatı pankartı HerstoriЛаврова Н. А. К вопросу об интра- и интерязыковой лакунарности (на примере контаминированных слов) // Актуальные проблемы гуманитарных и естественных наук: Журнал научных публикаций. — 2010. — № 1. — С. 144. ( (‘’onun’’ qadın cinsi) və (tarix) sözlərinin birləşməsi) — feminist və ya qadın nöqteyi-nəzərindən yazılmış tarixi ifadə edən və qadın nümayəndələrin rolunu vurğulayan neologizm. Termin "tarix" sözünün ənənəvi olaraq "onun hekayəsi", yəni kişi nöqteyi-nəzərindən yazıldığını iddia etdikləri əsas tarixşünaslığın feminist tənqidinin bir hissəsi kimi çevrilməsidir.
Etimologiya "Tarix" termini neoloqizmdir, çünki "tarix" sözü qədim yunanca "ἱστορία" sözündən və ya daha dəqiq desək, onun latınca törəmə "historia" sözündəndir ki, bu da "tədqiqat yolu ilə əldə edilən bilik" mənasını verir, etimoloji cəhətdən "her" şəxs əvəzliyi ilə əlaqəsi yoxdur.
Tətbiqi Oksford ingilis dili lüğəti "herstory" termininin ilk istifadəsini 1970-ci ildə () antologiyasında Robin Morqana aid edir. Morgan feminist təşkilatı W. I. T. C. H. ilə bağlı yazırdı: "Cadugərlərin axıcılığı və zəkasının daim dəyişən abriviaturasında aydın görünür: orijinal başlıq "Cəhənnəmdən gələn qadınların beynəlxalq terror sui-qəsdi" idi və bu məqaləni yazarkən eşidilən ən sonuncusu "Tarixini yazmağa ilham alan qadınlar"dır".
1970 və 1980-ci illərdə feminizmin ikinci dalğası tarixin öyrənilməsinə kişilərin üstünlük təşkil etdiyi intellektual müəssisə kimi baxdılar və "onun tarixini" kompensasiya vasitəsi kimi təqdim etdilər. Этот термин, задуманный серьёзным и комичным Həm ciddi, həm də komik olması nəzərdə tutulan bu termin akademik dairələrdə üst geyim və döş nişanlarında istifadə edilən bir şüar halına gəldi.
2017-ci ildə müxtəlif gənclik hərəkatları ilə əlaqəli ixtiraçı, ekoloq və ictimai fəal Hridit Sudev "daha az tanınan böyükləri: müasir dünya tarixinin formalaşmasına kömək edən qadınları, queerləri və ya başqa şəkildə təcrid olunmuş insanları" qeyd etmək məqsədi daşıyan "The Herstory Movement" onlayn platformasını işə saldı. Akademik platformanın məqsədi tarixi qadınlar haqqında hekayələr danışmaq və bununla da "böyük qadınların" tarixi haqqında biliklərin daha geniş yayılmasına töhfə verməkdir.
Qlobal G. L. O. W və "LitWorld" qeyri-kommersiya təşkilatları "HerStory" Campaign adlı birgə təşəbbüs yaradıblar. Kampaniya qızların həyatı və hekayələri haqqında məlumatları paylaşmaq üçün 25 müxtəlif ölkə ilə əməkdaşlıq edir. Onlar başqalarını kampaniyaya qoşulmağa və "dünyadakı bütün qızlar adından səslərini ucaltmağa" çağırırlar.
Herstori hərəkatı 1973-cü ildə fəaliyyətə başlayan və Canet Fram və Sara Dunant kimi tanınmış qadın yazıçılar tərəfindən bədii və qeyri-bədii əsərləri dərc edən Viraqo Press kimi qadınlara istiqamətli mətbuatların yaranmasına səbəb oldu. Hərəkət, həmçinin "femist" () və "qalgebra" kimi qadın yönümlü digər istiqamətlərdə fəallığın artmasına səbəb oldu.
Tənqidi Kristina Hoff Sommers feminizm anlayışının kəskin tənqidçisi olub və 1994-cü ildə yazdığı "Feminizmi Kim oğradı? () əsəri ilə onu açıq tənqid edib. Sommers herstorini bilik hesabına təhsili ideologiya ilə aşılamaq cəhdi kimi göstərib. Onun dediyi kimi, "gender feministləri" tarixi nihilizmə bərabər olduğuna inandığı hərəkatdan məsul olan bir qrup feminist idilər. O, tarixi araşdırmaları qadınlar üçün daha cəlbedici etmək cəhdlərinin əksəriyyətini süni xarakterli və tərəqqiyə maneə hesab edirdi.
Professor və yazıçı Devani Luzer bəzi qadınların iyirminci əsrdən əvvəl tarixçi olaraq verdiyi töhfələrə məhəl qoymadığı üçün herstori konsepsiyasını tənqid etdi.
Yazıçı Klinton Riçard Doukinz də "Tanrı illüziyası" kitabında öz tənqidini təsvir edərək, "herstori sözünə kişi əvəzliyinin təsir etmədiyini" iddia edib.
İstinadlar
Xarici keçidlər Herstory: Women Who Changed the World. . Daughters of Eve: A Herstory Book. . HerStory. . Herstory: A Woman's View of American History. .
Kateqoriya:Feminizm Kateqoriya:Feminist terminologiyası Kateqoriya:Gender Kateqoriya:Tarix sahələri Kateqoriya:Neologizmlər Kateqoriya:Tarixşünaslıq