Sistrurus catenatus və ya şərq massasauqası — Şimali Amerikanın mərkəzi və şərqində, Kanadanın Ontario əyalətinin cənubundan ABŞ-nin Orta Qərb və Şərq bölgələrinə qədər yayılmış çökükbaş bir zəhərli ilan növü.
Taksonomiya Bir əsrdən çox müddət ərzində üç yarımnöv tanınırdı. Lakin 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində iki yarımnöv (Sistrurus catenatus catenatus və Sistrurus catenatus tergeminus) tam növ statusuna yüksəldi: Şərq massasauqası (Sistrurus catenatus) və qərb massasauqası (Sistrurus tergeminus). Üçüncü yarımnövün statusu müəyyən dərəcədə qeyri-müəyyən qalır və bəzi tədqiqatçılar tərəfindən Sistrurus tergeminus edwardsii (səhra massasauqası) kimi tanınır.Powell, Robert, Roger Conant, and Joseph T. Collins. 2016. Peterson Field Guide to Reptiles and Amphibians of Eastern and Central North America, 4rd ed. Houghton Mifflin Co., Boston, Massachusetts. xiii, 494 pp. (see pages 443-445) Digərləri isə onu qərb massasauqası ilə sinonimləşdirir. Hal-hazırda şərq massasauqasının monotipik olduğu, yəni heç bir tanınmış yarımnövə malik olmadığı düşünülür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1818-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Konstantin Samuel Rafinski tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər