Anora () — rejissor və montaj işi, həmçinin prodüserliyi və ssenari müəllifliyi Şon Beykerə məxsus olan, 2024-cü ildə yayımlanmış ABŞ komediya-dram filmi. Filmdə, aktrisa Mayki Medison tərəfindən canlandırılan striptizçi Anora Mixeyeva, aktyor Mark Eydelşteyn tərəfindən canlandırılan Rusiya oliqarxının oğlu İvan Zaxarovla evlənir. Filmdə ikinci plan personajları aktyorlar Yura Borisov, Karen Karaqulyan, Vaçe Tovmasyan və Aleksey Serebryakov tərəfindən canlandırılmışdır.

"Anora" filminin premyerası 21 may 2024-cü ildə, 77-ci Kann kinofestivalında baş tutumuş, film tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və Qızıl Palma Budağı mükafatı qazanmışdır. 18 oktyabr 2024-cü ildə Neon şirkətinin distribyutorluğu ilə, filmin kinoteatr yayımına başlanmışdır. $6 milyon büdcəsi olan film, ümumilikdə bütün dünyada $41 milyon gəlir əldə etmişdir ki, bu da onu, Şon Beykerin ən çox gəlir gətirən filmi etmişdir.

Mükafat mövsümündə aktiv olan "Anora" filmi, çoxsaylı nominasiya və mükafatlar əldə etmişdir. 97-ci Oskar mükafatları mərasimində, "Anora" filmi beş əsas kateqoriyada qalib gəlmişdir: Ən yaxşı film, Ən yaxşı aktrisa (Medison üçün), Ən yaxşı orijinal ssenari, Ən yaxşı montaj və Ən yaxşı rejissor işi. Eyni zamanda, Britaniya Akademiyası Film Mükafatları tərəfindən, "Anora", Ən yaxşı kastinq və Ən yaxşı aktrisa (Medison üçün) nominasiyalarında mükafatlandırılmış, Amerika Film İnstitutu və ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən 2024-cü ilin ən yaxşı on filmi siyahısına daxil edilmişdir.

İstinadlar

Kateqoriya:2024-cü ilin ABŞ filmləri Kateqoriya:2020-ci illərin ABŞ filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:2020-ci illərin rus dilli filmləri Kateqoriya:Ermənicə filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:FilmNation Entertainment filmləri Kateqoriya:Evlilik haqqında filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Focus Features filmləri Kateqoriya:Le Pacte filmləri Kateqoriya:Neon filmləri Kateqoriya:Qızıl Palma Budağı qalibləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Las-Veqas Valleydə çəkilmiş filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Mədəniyyətdə ruslar Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:ABŞ-də fahişəlik haqqında filmlər Kateqoriya:Romantik filmlər