link=https://en.wikipedia.org/wiki/File:Bundesarchiv_Bild_183-S29737,_Westfront,_weibliche_Hilfskr%C3%A4fte.jpg|thumb|1917-ci ildə müharibədə iştirak edən Alman qadınlar I Dünya Müharibəsində qadınlar bütün tərəflərdə misilsiz şəkildə səfərbər olunmuşdular. Bu qadınların böyük əksəriyyəti, əsgərliyə çağırılan kişilərin yerini doldurmaq və ya genişləndirilmiş silah-sursat fabriklərində işləmək üçün mülki işçi qüvvəsi kimi cəlb edilmişdi. Minlərlə qadın orduda nəinki arxa, hətta ön cəbhədə xidmət etmiş, bəzi ölkələrdə isə bir çoxu döyüşlərdə də iştirak etmişdi. Müharibədə iştirak edən bir sıra ölkələrdə qadınlar müqavimət hərəkatında və casusluq fəaliyyətində, tibb sahəsində, jurnalistikada və döyüş meydanlarında qəhrəmanlıq göstərmişdilər. Onların bir çoxu həm öz ölkələri, həm də digər ölkələr tərəfindən medallarla təltif olunmuşdur. Ölkələri uğrunda vuruşan minlərlə qadından bəziləri cinsiyyətlərini gizlətmək məcburiyyətində qalmışdılar. Aşkarlananda isə, adətən xidmətdən kənarlaşdırılırdılar – Britaniya və Fransada olduğu kimi. Lakin Almaniya, Serbiya və Rusiya kimi bəzi ölkələrdə qadınların açıq şəkildə xidmət etməsinə icazə verilirdi.

İştirakın səbəbləri Müharibəyə fəal şəkildə qoşulan qadınların iştirak səbəbləri müxtəlif idi. Bəziləri orduda xidmət edən sevdiklərinin dəstəkçisi kimi öz dəyərlərini sübut etməyə çalışırdılar, digərləri isə ənənəvi "qadın işi" sayılan sahələrdən kənarda faydalı olma düşüncəsi ilə müharibədə iştirak etmişdilər.

Bir çox qadın inanırdı ki, müharibəyə verdikləri töhfə onlara səsvermə hüququ qazanmaq səylərində kömək edəcək. Həqiqətən də, müharibə dövründə qadınların seçki hüququ hərəkatı yüksəliş mərhələsini keçirdi. 1915-ci ildə Danimarka və İslandiya qadınlara tam seçki hüququ verdi. Növbəti il Norveç və Kanadada da səsvermə hüquqları genişləndirildi. Fevral 1918-ci ildə Birləşmiş Krallıq qadınların müharibədəki rolunun əhəmiyyətini birbaşa əks etdirən əsas seçki qanununu qəbul etdi.

Uzun illər davam edən müxalifətdən sonra, ABŞ Prezidenti Vudro Vilson 1918-ci ildə mövqeyini dəyişərək qadınların seçki hüququnu müdafiə etməyə başladı və bu, onların müharibə dövründəki xidmətlərinin tanınması idi.

Müharibə əleyhinə hisslər Bəzi qadınlar müharibəyə etiraz edir və dünya liderlərini onu dayandırmağa inandırmağa çalışırdılar. Məsələn, 1915-ci ildə Beynəlxalq Qadınlar Konqresi keçirilmişdi. Bu toplantı adətən Qadınların Sülh Konqresi və ya Haaqadakı Qadınlar kimi tanınırdı və Niderlandda 1,000-dən çox qadının iştirakı ilə baş tutmuşdu.

Jurnalistlər və digər yazıçılar Müharibədə iştirak edən bir çox qadın gündəlik və ya qeydlər aparır, daha sonra onları memuar kimi nəşr edirdi. Lakin bəzi qadın jurnalistlər birbaşa cəbhə xəttinə gedərək müharibə zamanı baş verən hadisələr haqqında məlumat toplamağa çalışırdılar. Kişi həmkarları kimi onlar da ciddi senzura və nəzarətə məruz qalırdılar, lakin istədikləri məlumatlara çıxış əldə etmək onlar üçün daha çətin idi. link=https://en.wikipedia.org/wiki/File:Ellen_Newbold_LaMotte.jpg|thumb|Ellen Lamottun portreti

Mildred Oldriç amerikalı jurnalist, redaktor, yazıçı və tərcüməçi idi. 1914-cü ildə, I Dünya Müharibəsi başlamazdan az əvvəl, o, Fransanın Marna çayı vadisinə baxan kənd evinə köçdü. Müharibə illərində yazdığı məktub toplusuna əsaslanan dörd kitab və bir roman nəşr etdirdi. 1922-ci ildə Fransa ordusuna və qaçqınlara göstərdiyi yardım, həmçinin kitablarının ABŞ hökumətinin Almaniyaya müharibə elan etməsinə təsir göstərməsi ehtimalı ilə Fransanın Fəxri Legion Ordeni ilə təltif olundu. Madlen Zabriski Doti amerikalı hüquqşünas və jurnalist idi. 1915-ci ildə o, Nyu York İvninq Post qəzetinin müxbiri kimi Qadınların Sülh Konqresində iştirak etmişdi. Daha sonra Nyu York Tribun qəzeti onu müharibə dövründəki Almaniya haqqında reportaj hazırlamaq üçün təyin etdi. Almandilli olmasa da, iki dəfə Almaniyaya səfər etdi və orada pasifist sosial-demokratlarla görüşdü. İkinci səfərində, Müttəfiq qüvvələrin blokadasının insanları aclıq həddinə çatdırdığını müşahidə etdi. Daimi nəzarətə baxmayaraq, rəsmi jurnalistlər turuna qoşulmağa icazə aldı. ABŞ-yə qayıtdıqdan sonra aparıcı nəşrlərdə bir neçə məqalə yazdı və bunları "Azacıq qida payı: 1915–1916-cı illərdə Almaniyada bir amerikalı Qadın"(1917) adlı kitabda topladı. Ellen Lamott amerikalı tibb bacısı və yazıçı idi. O, müharibə haqqında reportaj hazırlamaq üçün Belçikada Fransaya məxsus bir xəstəxanada işləyirdi. 1916-cı ildə onun "Müharibənin törətdiyi fəsadlar" adlı kitabı nəşr olundu. Kitab müharibənin şan-şöhrətindən deyil, ailəsindən və dostlarından uzaqda acınacaqlı şəkildə ölən əsgərlərdən bəhs edirdi. Bu səbəbdən kitab Fransa və Böyük Britaniyada qadağan edildi. ABŞ-də isə əvvəlcə müsbət qarşılandı, lakin ölkə müharibəyə qoşulduqdan sonra orada da qadağan olundu. İngilis jurnalist Doroti Lourens müharibə müxbiri olmaq istəyirdi. 1915-ci ildə o, Fransaya getdi və Kral Mühəndislərinin sapyor (minaçı) əsgəri kimi kişi obrazına girərək cəbhəyə çıxdı. Lakin 10 gündən sonra səhhətində yaranan problemlərə görə özünü ifşa etməyə məcbur oldu. Azad edildikdən sonra, yaşadıqlarını yazmamaq barədə məcburi razılıq sənədinə imza atmağa məcbur edildi. Müharibədən sonra "Sapyor Doroti Lourens: Yeganə ingilis qadın əsgəri" (1919) adlı kitabını nəşr etdirdi, lakin o, ciddi şəkildə senzura olunmuş və uğur qazanmamışdı. 2003-cü ildə onun hekayəsi yenidən kəşf olundu. 2010-cu ildə avtobioqrafiyası yenidən nəşr olundu və İmperial Müharibə Muzeyində Müharibədə qadınlar sərgisində nümayiş etdirildi. 2015-ci ildən etibarən onun həyatı əsasında bir neçə teatr əsəri və film çəkilib. "Müharibə vaxtı Almaniyaː amerikalı qız nə görüb və eşidib?" (1917) adlı kitabın müəllifi olan Meri Etel Makoli Ze Pitsburq Post-Dispatç qəzetinin müharibə müxbiri idi və müharibə dövründə iki il Almaniyada olmuşdur. Kitab, ABŞ-ın müharibəyə daxil olmasından sonra nəşr olundu, lakin o dövrdə almanlara qarşı hədsiz simpatiya nümayiş etdirdiyi üçün ABŞ hökuməti tərəfindən dərhal müsadirə edildi. Amerikalı detektiv roman yazıçısı Meri Roberts Rinehart müntəzəm olaraq Ze Sətudey İvninq Post qəzetində yazılar yazırdı. O, qəzet redaktorunu inandıraraq 1915-ci ildə Belçikadakı cəbhə xəttinə göndərildi. Keçmiş tibb bacısı təcrübəsinə əsaslanaraq, Belçika Qırmızı Xaçının ona ordunun hospitallarına giriş icazəsi verməsinə nail oldu. O, Belçika cəbhəsində, hətta heç kimin torpağı (No Man’s Land) deyilən bölgədə də olub. Həmçinin, Belçika Kralı I Albert, onun xanımı Kraliça Elizabet, Böyük Britaniya Kralı V Corcun xanımı Kraliça Meri, həmçinin Müttəfiq liderlər Ferdinand Foş və Uinston Çörçill ilə şəxsi müsahibələr aldı. Geri qayıtdıqdan sonra Ze Sətudey İvninq Post üçün 10 məqalə yazdı. Bu məqalələr həmçinin Ze London Tayms qəzetində dərc edildi və daha sonra "Krallar, Kraliçalar və Piyadalar: Cəbhədə Bir amerikalı qadın" adlı kitab şəklində toplandı.

Almaniya imperiyası link=https://en.wikipedia.org/wiki/File:German_Red_Cross_nurses_during_WWI_in_1915_attending_to_wounded_soldiers.jpeg|thumb|Alman Qırmızı Xaç tibb bacıları yaralı əsgərlərə baxır Almaniya müttəfiqlər və neytral ölkələr arasında əldə edilən erkən razılaşmalar nəticəsində vacib təchizat mənbələrindən kənarlaşdırıldığı üçün ciddi ərzaq qıtlığı ilə üzləşdi. Buğda çatışmazlığı səbəbindən ölkə nəticədə K-brot adlı çörək istehsal etməyə başladı. Bu, əsasən kartofdan hazırlanmış və etirazlara səbəb olan bir çörək növü idi. Bu çörəyi yeməyə məcbur olan fəhlə sinfi onu buğda çörəyindən daha keyfiyyətsiz hesab edirdi və müharibə zamanı buğda çörəyi və tort yeyənlərə qarşı narazılıq hissi bəsləyirdi.

Müharibə dövründə Almaniyada əsgərlərin arvadları ilə bağlı ictimai rəyi belə idi ki, onlar öz vəziyyətini yaxşılaşdırıb alman işçiləri isə əziyyət çəkirdi. İşçi sinfi onları qənaətcil evdar qadınlar kimi görməkdən imtina edir, onları "könüllü ev cəbhəsi ordusunun" idealizasiyaya salınmış dayağı hesab etmirdi.

Əsgərlərin arvadlarına qarşı bu narazılıq polis arasında da yayılmışdı. Polis hesab edirdi ki, onların davranışı alman idealına uyğun gəlmir və bu qadınların imtiyazlı statusu onların öz vəziyyətini belə kölgədə qoyurdu: "Əsgərlərin arvadları bu qədər səs-küy salmamalıdır ki, ağızlarını bu qədər doldurmağa ehtiyac qalmasın."

Polis, qadınların ərinin hərbi xidməti hesabına belə imtiyazlar əldə etməsinə qəzəblənirdi. Etirazçılar isə əsgər arvadlarının "günortalarını uşaqları ilə birlikdə bol miqdarda tort və qaymaqlı şirniyyatlar yeyərək keçirmələri" ideyasına qarşı çıxırdı, çünki ölkə bu cür lüks ərzaqları güclə təmin edə bilirdi. Bəzi qadınlar qara rəngli paltar geyinərək özlərini ailə başçısını və ya yaxın qohumunu itirmiş bədbəxt insanlar kimi təqdim edirdi, lakin onları nə yoxsulluq, nə də ümidsizlik təsirləndirmiş kimi görünürdü.

Bir alman zabiti belə demişdi: "Məhz kasıb qadınlardır ki, hər gün iri mağazaların kafelərini doldurur və ən vacib qidalar sırasına aid edilməyən ləzzətli yeməkləri dadırlar."

Osmanlı imperiyası link=https://en.wikipedia.org/wiki/File:Red_Crescent_staff_at_Hafir_el_Aujah.jpg|thumb|"Osmanlı Qızıl Aypara və Qırmızı Xaç işçiləri Hafir əl-Aucada." Qadınların ön cəbhədəki rolu məhdud idi; onlar əsasən tibb bacısı kimi fəaliyyət göstərir və təcili tibbi yardım personalının köməkçi işçi qüvvəsini təşkil edirdilər. Bu, imperiyanın bir neçə cəbhədə döyüşməsi və kişi qüvvəsinin çatışmazlığı səbəbindən baş verirdi. Əksər kişi əhali hərbi xidmətə çağırıldığı üçün qadınların tibb sahəsində çalışmağı vacib idi. Qadınlardan ibarət bu tibb heyəti hökumət və Qırmızı Xaç kimi beynəlxalq təşkilatlar tərəfindən yaradılan qurumlar vasitəsilə mümkün olmuşdu.Elif Mahir Metinsoy, Ottoman Women during World War I: Everyday Experiences, Politics, and Conflict (Cambridge UP, 2017). full text online

Safiye Hüseyn kimi qadınlar yaralı əsgərlərə kömək etmək üçün həyatlarını təhlükəyə atırdılar. O, Reşid Paşa Xəstəxana Gəmisində xidmət edirdi. Bu gəmi Çanaqqala döyüşlərində yaralanan Osmanlı əsgərlərini qəbul edirdi və tez-tez düşmən təyyarələri və gəmiləri tərəfindən bombalanırdı.

1916-cı ildə yaradılmış İslam Qadınlarının Məşğulluq Təşkilatı (İQMT) qadınlara məhdud sayda iş imkanı verirdi. Bu təşkilatın məqsədi, "qadınları qorumaq, onlara iş tapmaq və şərəfli şəkildə dolanmağa öyrəşdirmək" idi. Müharibəyə gedən kişi əhalinin yerini doldurmaq üçün hərbi malların istehsalına davam edəcək işçilər tapmaq lazım idi. İQMT, xüsusilə 1916–1917-ci illərdə hərbi sənaye sahəsində qadın işçi qüvvəsinin artmasına səbəb oldu. Məsələn, Beykozdakı hərbi ayaqqabı fabrikində təşkilat tərəfindən 900-dən çox qadın işlə təmin olunmuşdu. Lakin müharibə bitəndən sonra hərbi və Osmanlı Dövlət Dəmir Yolları sifarişlərinin ləğvi nəticəsində təşkilat zəiflədi. Qadın işçilərə ehtiyac azaldı və İQMT-in fabrikləri tədricən bağlandı, nəticədə təşkilat da buraxıldı. Müharibə dövründə qadın işçi qüvvəsinə tələbat artdıqca dövlət qulluğu işlərində çalışan qadınların sayı da artmağa başladı, lakin kişilərlə müqayisədə bu artım daha məhdud idi. Kişilərin kütləvi hərbi səfərbərliyi şəhərli və təhsilli müsəlman qadınların bu sahələrdə işə götürülməsini sürətləndirdi. 1915-ci ildə qeyri-müsəlman əhalinin deportasiyası kimi siyasətin nəticəsində Osmanlı qadınları ölkənin iqtisadiyyatında sahibkarlıq sahələrində daha çox rol almağa başladılar. 1916-cı ilin martında Osmanlı hökuməti türkcə xaricində hər hansı bir dildən istifadəyə qadağa qoydu. Bu isə türk və xarici dilləri bilən qadınlara yeni iş imkanları açdı. Xüsusilə Osmanlı Ticarət Məktəbi qadınlar üçün ayrıca filial açdı. İQMT-də qadınlara inzibati vəzifələr təklif edərək, ticarət və maliyyə qurumlarında qadın tələbələrə təcrübə keçmək imkanı yaratdı.