Eleonora Rozamunda Barraklaf — Britaniyalı tarixçi, yazıçı, tele-radio aparıcısı.
Həyatı və fəaliyyəti Eleonora Rozamunda Barraklaf əsasən orta əsr şimal mədəniyyətləri, ədəbiyyatları və dillərini, xüsusilə də Vikinq dövrü tarixi və Qədim Norveç-İslandiya ədəbiyyatını araşdırır. O, "Əllərin közü: Vikinq dövrünün gizli tarixl" (2024) və "Şimal diyarının hüdudlarından Kənar: Vikinq səfərləri və qədim Norveç əfsanələri (2016) adlı kitabların müəllifidir. Həmçinin "Qeyri-adi Şimalın Təsviri" (2016) adlı kitabın həmmüəlliflərindən biridir.
Barraklaf Kembric Universitetində Anqlo-Sakson, Norveç və Kelt bölməsində təhsil alıb və burada Kembric magistr dərəcəsini, fəlsəfə dərəcəsini və fəlsəfə doktorluğunu əldə edib. Daha sonra Oksford Universitetinə keçərək İngilis dili fakültəsində Leverxalm Erkən Karyera Təqaüdçüsü, həmçinin Kvins Kollecdə Qeyri-adi Gənc Tədqiqat təqaüdçüsü olub. Daha sonra Darem Universitetində Orta əsrlər tarixi və ədəbiyyatı üzrə dosent vəzifəsində çalışıb. Hal-hazırda Bas Spa Universitetində ətraf mühit tarixi üzrə baş müəllimdir.
2020–2024-cü illər arasında o, AHRC (İncəsənət və Humanitar Elmlər Tədqiqat Şurası) rəhbərlik qrantına sahib olub və erkən şimal German mədəniyyətlərində meşələrin rolu ilə bağlı multidissiplinar bir araşdırma aparıb.
Əsərləri
Reviews for Imagining the Supernatural North:
Reviews for Beyond the Northlands:
İstinadlar