Qara taclı pitta (Erythropitta ussheri) — Həmçinin "qara başlı pitta", "qara və tünd qırmızı pitta", "qara və al pitta" və ya "qara taclı göy pitta" kimi tanınan, parlaq rəngli, yerdə yaşayan bir quş növü. Pitta fəsiləsinə aiddir. Bu növ Cənub-Şərqi Asiyanın Kalimantan adasına endemikdir. 1877-ci ildə Con Qould tərəfindən təsvir edilmişdir və tip lokaliteti Saravakın şimalındakı Lavas çayı kimi qeyd edilmişdir.
Taksonomiya Pitta əvvəllər göy pittanın yarımnövü kimi qəbul edilirdi, lakin morfoloji və vokal fərqlərə, həmçinin parapatriyaya görə, ayrılmışdır.
Təsvir Bu quşlar 13-15,5 sm uzunluğa və 50-64 qram çəkiyə qədər böyüyür. Yetkin pitta fərqləndirici xüsusiyyətlərə malikdir. Qara baş və döş, tünd qırmızı qarın və gözlərdən geriyə doğru uzanan açıq mavi zolaqlar. Üst hissələri tünd bənövşəyi-mavi rəngdədir və qanadın əyilməsində parlaq göy ləkə var. Dimdiyinin ucu parlaq qırmızı və ya narıncı rəngdədir. Balalar sarı rəngdədir və qırmızı ağız və dimdik uclarına malikdir. Cavan fərdlər bütövlükdə tünd qəhvəyi rəngdədir və yetkin lələklərini əvəz etməyə başlayana qədər bu rəngdə qalır.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1877-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları