Adi gürzə (Vipera berus) — Ümumiyyətlə adi Avropa gürzəsi və ya adi Avropa ilanı kimi tanınan, Mallow D, Ludwig D, Nilson G (2003). True Vipers: Natural History and Toxinology of Old World Vipers. Malabar, Florida: Krieger Publishing Company. . Viperidae ailəsinə aid zəhərli ilan növü. Bu növ son dərəcə geniş yayılmışdır və demək olar ki, bütün Avropada, həmçinin Şərqi Asiyaya qədər rast gəlinir.Stidworthy J (1974). Snakes of the World. New York: Grosset & Dunlap Inc. 160 pp. . Üç tanınmış yarımnövü var. McDiarmid RW, Campbell JA, Touré TA (1999). Snake Species of the World: A Taxonomic and Geographic Reference, Volume 1. Washington, District of Columbia: Herpetologists' League. (series). (volume).
Epidemiologiya Adi gürzə kimi bir çox ümumi adla tanınan bu ilan, Britaniya və digər Avropa ölkələrində bir çox folklor mövzusu olmuşdur. Xüsusilə təhlükəli hesab edilmir; ilan aqressiv deyil və təhrik edildikdə, üstünə basıldıqda və ya toxunulsa dişləyir. Dişlənmələr çox ağrılı ola bilər, lakin nadir hallarda ölümcüldür. Berus xüsusi adı Neo-Latin mənşəlidir və bir zamanlar bir ilana, ola bilsin su ilanı Natrix natrix-ə istinad etmək üçün istifadə edilmişdir. Gotch, Arthur Frederick (1986). Reptiles: Their Latin Names Explained. Poole, UK: Blandford Press. 176 pp. .
Davranış Adi gürzə müxtəlif relyeflərdə tapılır və məskunlaşma sahəsinin mürəkkəbliyi onun davranışının müxtəlif aspektləri üçün vacibdir. Kiçik məməlilər, quşlar, kərtənkələlər və suda-quruda yaşayanlarla qidalanır, bəzi hallarda hörümçəklər, qurdlar və həşəratlarla da qidalanır. Adi gürzə, digər gürzələrin çoxu kimi, ovovivipardır. Dişilər hər iki-üç ildə bir dəfə çoxalır və balalar adətən Şimal Yarımkürədə yayın sonundan payızın əvvəlinə qədər doğulur. Balaların sayı 3-dən 20-yə qədər dəyişir və balalar bir neçə gün anası ilə qalır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Əsl gürzələr Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Avrasiya sürünənləri Kateqoriya:Avropa sürünənləri