Qara üzlü otquşu (Melanospiza bicolor) — Kiçik bir quş növü. Tanaqerlər ailəsinə aid edilir və Darvin sərçələri ilə yaxın qohumluğu ilə tanınır. Bu növ Kuba istisna olmaqla, Vest-Hinddə, Tobaqoda (lakin Trinidadda yox), həmçinin Kolumbiya və Venesuelanın şimal sahillərində çoxalır.
Taksonomiya Qara üzlü otquşunun ilk rəsmi təsviri 1766-cı ildə İsveç təbiətşünası Karl Linney tərəfindən onun "Systema Naturae" əsərinin on ikinci nəşrində verilmişdir. Linney binominal ad olaraq "Fringilla bicolor" adını təqdim etmişdir. Linney təsvirini Mark Keytsbinin 1729–1732-ci illərdə nəşr olunan "Karolina, Florida və Bahama Adalarının Təbii Tarixi" ("The Natural History of Carolina, Florida and the Bahama Islands") əsərində təsvir edilən "Bahama sərçəsi" əsasında hazırlamışdır. Qaraüzlü otquşu ənənəvi olaraq "Tiaris" cinsinə aid edilirdi. 2014-cü ildə aparılmış molekulyar filogenetik tədqiqat göstərdi ki, bu cins polifiletikdir və qaraüzlü otquşu "Melanospiza" cinsində yerləşən "Sent Lusiya qara sərçəsi" ilə yaxın qohumdur. Nəticədə cinslərin yenidən təşkili zamanı qara üzlü otquşu "Melanospiza" cinsinə köçürüldü.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Venesuela quşları Kateqoriya:1766-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları