Daniel Georgiyeviç Chonkadze (; ) — gürcü yazıçısı, folklorşünası. O, ilk növbədə, XIX əsrin əvvəllərində Gürcüstanın sosial-siyasi vəziyyətini ehtiva edən və təhkimçiliyi tənqid edən böyük səs-küyə səbəb olan "Surami qalası" romanın müəllifidir. Gürcü ədəbiyyatına verdiyi töhfələrdən əlavə, Çonkadze həm də osetin dili və folklorunun tədqiqatçısı və tərcüməçisi olub. Buna görə də o, "osetin ədəbiyyatının banisi-atası" kimi də təqdim edilir.:en:Rayfield, Donald (2000), :en:The Literature of Georgia: A History: 2nd edition, p. 153. Routledge, Həyatı İlk gürcü tam hüquqları olmayan (raznoçin) yazıçısı Daniel Georgiyeviç Çonkadze 1830-cu ildə Kvavili kəndində (Duşetski rayonu) anadan olub. Mənşəcə kəndli olan atası keşiş idi.

1839-cu ildə Daniel Çonkadze Vladiqafqaz İlahiyyat Məktəbinə təhsil almağa başlayıb. O, sonra Tiflis İlahiyyat Seminariyasına keçib və 1851-ci ildə oranı bitirib. Şimali Qafqazın osetin əhalisi arasında yaşayan Daniel Çonkadze uşaqlıqdan osetin dilini mükəmməl öyrənib. Osetin dilini bilməsi gələcəkdə Çonkadzeyə çox kömək edib. O, 1851-ci ildə seminariyanı bitirdikdən sonra Stavropol İlahiyyat Seminariyasında osetin dili müəllimi vəzifəsini yerinə yetirib. Çonkadze dörd ildən sonra Tiflis İlahiyyat Seminariyasına keçib və burada osetin dilindən də dərs deyib. Eyni zamanda, o, ruhani şöbədə, Sinodal ofisində də xidmət edib. Burada o, əsasən tərcümələrlə məşğul olub. Daniel Çonkadze kilsə kitablarını osetin dilinə tərcümə edirdi. Çonkadze bu günə qədər öz əhəmiyyətini itirməyən rusca-osetincə lüğət tərtib edib.

Ağır həyat şəraiti Çonkadzenin səhhətində mənfi izlər buraxıb. O, 1860-cı ildə vərəm xəstəliyinə tutulub və otuz yaşında vəfat edib.

Daniel Çonkadze Köhnə Veriya qəbiristanlığında dəfn olunub.

Yaradıcılığı 250px|thumb|left|Daniel Çonkadzenin məzarı Daniel Çonkadze “Suram qalası” hekayəsinin müəllifi kimi də məşhurdur. Bu onun nəşr olunmuş ilk və son əsəridir. Hekayə ilk dəfə 1858-ci ildə "Tsiskari" ("Şəfəq") jurnalında dərc edilib. Hekayə folklor, tarix, siyasi etiraz və romantik dramın qarışığıdır. Əsərdə Çonkadze təhkimçiliyə ehtirasla hücum edir. Senzura səbəbiylə hekayə alleqoriyalarla dolu orta əsrlər şəraitində qələmə alınmışdır. Müasir ictimai-siyasi quruluş, divarları arasında dayanmaq üçün canlı bir insanın dəfn edilməsi tələb olunan dağılan Suram qalası ilə simvollaşdırılır. Təhkimçilik sistemini açıq şəkildə ifşa edən bu hekayənin nəşr edilməsi təhkimli kəndli sahiblərinin və dövlət məmurları arasında hiddətə səbəb oldu. Onlar müəllifi təqib etməyə və hədələməyə başladılar. Eyni zamanda "Tsiskari" jurnalında müəllifin böhtanda ittiham olunduğu məqalələr dərc edilməyə başlandı. Məqalə müəllifləri Daniel Çonkadzenin təhkimçilik rejiminin dözülməz qəddarlığı barədə iddialarını təkzib etməyə çalışdılar. Lakin nə təqiblər, nə də açıq böhtan “Suram qalası”nın populyarlığına mane ola bilmədi. Gürcü oxucusu bu kitaba aşiq oldu. Müəllif ədəbi ictimaiyyətdə də öz tərəfdarlarını tapırdı. “Tsiskari” jurnalında o vaxt hələ gənc şair olan Akaki Sereteli Daniel Çonkadze haqqında coşğulu bir şeir dərc etmiş və onu sosial ədalətsizliyə qarşı cəsur bir döyüşçü kimi tərifləmişdir.Грузинская проза в трёх томах. Том первый. Государственное издательство художественной литературы, Москва 1955. стр. 455—456

“Suram qalası” hekayəsi 1980-ci illərdə Sergey Paracanov tərəfindən ekralaşdırılıb. Film bir çox kino festivallarda mükafata layiq görülüb.

Xatirəsi 250px|thumb|right|Daniel Çonkadzenin ev muzeyi Tbilisidə bir küçə Çonkadzenin adını daşıyır.

Yazıçının vətənində, Kvavili kəndində Daniel Çonkadzenin ev-muzeyi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Daniel Georgiyeviç Çonkadze // Müxtəsər Ədəbiyyat Ensiklopediyası / Baş. red. А.А.Surkov. — M. : Böyük Rusiya Ensiklopediyası, 1962—1978.

Kateqoriya:Gürcüstan folklorşünasları Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:XIX əsrin romançıları