thumbnail|200px|Serialın personajları. Sailor Moon və ya Yaponiyada tanınan adı ilə manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş maho-şoco manqa seriyasıdır.

Əsas personajlar seriyanın baş qəhrəmanı və Seylor döyüşçülərinin lideri. Usaqi diqqətsiz, amma eyni zamanda sonsuz sevgiyə, mərhəmətə və anlayışa sahib qızdır. Usaqi Seylor döyüşçülərində ədalət və sevgi döyüşçüsü Seylor Mun kimi çıxış edir. Seriyanın əvvəllərində Usaqinin sadəcə 14 yaşı var, ağlağandır, şər qüvvələrlə döyüşmək istəmir, sadə bir qız olmaq istəyir. Lakin böyüdükdən sonra dünyasını qorumağa qərar verir. Usaqidən yaşca böyük olan tələbədir. Balaca uşaq ikən valideynləri ilə avtomobil qəzasına düşür, valideynləri ölür, yaddaşı pozulur.Sailor Moon R: The Movie Seriyada Mamoru Usaqi ilə xüsusi əlaqəsi olduğunu öyrənir, onun təhlükədə olmasını hiss edə bilir. Mamoru Çiba Taksedo Mask adı ilə Seylor döyüşçüləri ilə birlikdə döyüşür. Hekayənin gedişində Mamoru və Usaqi əvvəlki həyatlarında bir-birilərini sevdiklərini xatırlayırlar. Usaqi ilə bir məktəbdə oxuyan, kitab qurdu, IQ səviyyəsi 300 olan qızdır. Seylor döyüşçüləri komandasında su və zəka döyüşçüsü Seylor Merkuri kimi çıxış edir. Ami biliyinə görə utancaq biri olsa da, insanların qayğısına qalmağı sevir. Böyüyəndə anası kimi həkim olmağı arzulayır. Gizli şəkildə pop mədəniyyət və sevgi romanları ilə maraqlanır, lakin bunu etiraf etməkdən utanır. Amini komandanın "beyni" adlandırırlar. Texnologiya ilə arası çox yaxşıdır. gözəl, 14 yaşlı mikodur. Bir şintoizm rahibəsi olduğundan adi vətəndaş formasında belə psixi güclərə malikdir. Seylor döyüşçülərində alov və ehtiras döyüşçüsü Seylor Mars kimi çıxış edir. O, çox ciddi və məqsədyönlüdür, Usaqinin tənbəlliyini onu qıcıqlandırsa da, onun qayğısına çox qalır. Digər qızlardan fərqli olaraq Rey katolik məktəbinə gedir. Usaqi ilə birlikdə eyni məktəbdə oxuyan və fiziki cəhətdən xeyli güclü olan qızdır. Məktəbdə yayılmış şayiəyə görə guya əvvəlki məktəbindən bir nəfərlə dalaşdığına görə atılıb. Bir yapon məktəbli qızına görə xeyli hündür və güclü olan Makoto ildırım və güc döyüşçüsü Seylor Yupiterə çevrilir. Makotonun hər iki valideyni təyyarə qəzasında həlak olmuşlar, buna görə də tək yaşayır. Makoto aşpazlıq, bağbanlıq və evdarlıq kimi məşğuliyyətlərlə məşğul olur. Makoto yaxın döyüşdə yaxşıdır. Ən böyük arzusu evlənmək və tort mağazası açmaqdır. 14 yaşlı dəliqanlı xəyalpərəstdir. Minako daha əvvəl "Codename: Sailor V" manqa seriyasında görünmüşdür. Onun partnyoru Artemis adlı ağ pişikdir. Minako Seylor Veneraya çevrilir və o, 4 daxili Seylor döyüşçüsünün lideridir. Ən böyük arzusu müğənni və kumir olmaqdır; digər müğənnilərin ifalarına qulaq asmağa çalışır. Anime və manqadan fərqli olaraq teleseriallarda o məşhur müğənnidir (hətta Ami, Usaqi və Makoto onun fanatlarıdır) və sağlamlığı yerində deyil (anemiyaya görə). Buna görə də teleserialda Seylor döyüşçülərindən ayrılır. Yeni Kraliça Serenitinin və Kral Endimionun XXX əsrdən XX əsrə gəlmiş qızıdır. XX əsrdə Seylor Munla birlikdə Seylor Çibi Muna (ingilis versiyasında Seylor Mini Mun) çevrilir. XX əsrdəki anası ilə tez-tez mübahisə edir, lakin onu çox sevir. Çibiusa bir gün böyüyüb anası kimi leydi olmaq istəyir. ilk növbədə Məkan-zaman darvazalarını qorumaq ilə vəzifələndirilmiş zaman və məkan döyüşçüsü Seylor Pluton kimi peyda olmuş qadındır. Ölüb dirildikdən sonra Tokioda təhsil almağa başlayır. O, çox ciddi və soyuq şəxsiyyətə malikdir, lakin Seylor döyüşçülərinə bacardığı qədər kömək etməyə çalışır. Uzun müddət Məkan-zaman darvazalarının keşiyində durduğundan özünü tənha hiss edir, ən yaxın dostu Çibiusadır. Seylor Plutonun talismanı Almandin əsasıdır, onunla hücumlarını reallaşdıra və zamanı dayandıra bilər. kişixasiyyət, digərlərindən yaşca daha böyük olan qızdır. O, səma və qəzəb döyüşçüsü Seylor Urana çevrilə bilir. Seylor döyüşçüsü olmazdan qabaq ən böyük arzusu avtomobil yarışçısı olmaqdır. Kişi kimi geyinir, kişi kimi danışır. Çətinliyə düşəndə xaricdən gələn köməyə inanmır, Seylor Neptun, Seylor Saturn və Seylor Pluton ilə birlikdə işləməyə üstünlük verir. Seylor Uranın talismanı Kosmik qılıncdır. skripkaçı, rəssam və Harukanın partnyorudur. O, okean və nəvaziş döyüşçüsü Seylor Neptuna çevrilə bilir. Seylor Uran ilə rastlaşana qədər tək gəzmişdir. Neptun Seylor həyatına görə arzularının üzərindən xətt çəkmişdir. O, özünü tamamilə vəzifəsinə həsr edir. Dərin Akva güzgüsü Seylor Neptunun talismanıdır. şirin, tənha gənc qızdır. Balaca uşaq ikən laboratoriyada baş vermiş qəza zamanı sağlamlığına böyük zərər dəymişdir. Ailəsini bürüyən qara qüvvəni məğlub etdikdən sonra Hotaru ölüm və yenidən doğuş döyüşçüsü Seylor Saturna çevrilə bilir. O, tez-tez kədərli olur, adi insan cildində digərlərini sağalda bilir. Seylor Saturnun əsas silahı Səssizlik qlefasıdır. Bu qlefası ilə bir planeti məhv edə bilər. Lakin bu gücündən istifadə etməsi onun ölməsinə və yenidən doğulmasına səbəb olur.

İstinadlar

Kateqoriya:Sailor Moon personajları Kateqoriya:Anime və manqa personajlarının siyahıları