Amonet və ya Amaonet (Heroqliflərdə "gizli olan"mənasını verən "jmnt" kimi yazılıb; sonralar isə Amonet və Amounet kimi qeyd edilir; ) — qədim Misir ilahəsi. Qədim Misir mifologiyasında ilk ilahə hesab edilir.Wilkinson (2003), səh. 136–137.Hart (1986), səh. 2.
Tanrı Amonun qadın versiyası kimi qəbul edilir və onunla qoşalaşdırlır. İlk əvvəllər Hempolisdə yaranmışdır, sonralar bütün Misirdə qəbul edilmişdir. Ancaq sonradan tanrı Amonun həyat yoldaşı kimi İlahə Mutun təsvir edilməsindən sonra, ancaq Teben şəhərində yerli əhəmiyyətli ilahəyə çevrilmişdir.
Təsviri və tarixi
Yaranışı və mənşəyi İlahə, tanrı Amonun dubleti kimi yaranmışdır. Qədim Misir inanclarında tanrıları qoşalaşdırmaq adəti var idi. Onlar kişi tanrıların qadın dubletini yaradırdılar. Bunların ən məşhurları Hermpolis Oqdoadı tanınan və Hermopolis şəhərində yerləşən, 8 tanrının toplusundan ibarət olan, Oqdoadın 4 qadın üzvü idi.Hornung, Erik (1982).Conceptions of God in ancient Egypt : the one and the many. Ithaca: Cornell University Press. səh. 85–86Budge, Wallis A., The Gods of the Egyptians: Or, Studies in Egyptian Mythology, 1904, volume 1Hart (1986), p. 148. Adətən kişi kimi təsvir edilən tanrıların adlarının sonuna qadın adı sonluqları artırmaqla, o tanrının qadın dubleti yaradılırdı. Bu qoşalaşmış tanrıların adları adətən bir yerdə çəkilir. Bu cür qoşalaşdırma ilə, adı gizli olan mənası verən və jmn kimi yazılan Amonun adından, adı gizli olan mənası verən və jmnt kimi yazılan ilahə Amonet yaranmışdır. Əvvəlcə Amonet, Oqdoadın digər qadın üzvlərinin kişi həmkarları ilə cütlər yaratdıqları kimi, Amonun yoldaşı kimi nəzərdə tutulmuşdu. Qədim Misirin ən qədim dini mətnləri olan Piramida Mətnlərində "Amon və Amonetin xeyirxah kölgəsi" qeyd olunur:
Alman Misiroloq Kurt Zete Amon və Amounet adlarının əvvəlcə Heliopolitan ənənəsində yaradıcı tanrı Atumun ilk övladları olan Şu və Tefnut əkiz cütü üçün epitet kimi istifadə edildiyini təklif edir. Bir qədər araşdırdıqdan sonra Zete başqa təklif edir. O iddia edir ki, Misirdə səkkiz ibtidai tanrı, daha əvvəl Memfisdə mövcud olmuş yaradıcı tanrı Ptahın təzahürləri kimi yaradılmışdır. Memfislə bağlı bu teologiya Ptahı yaradılış zəncirinin zirvəsində yerləşdirərək onu, Atumun əcdadı etdi.Sethe, Kurt Heinrich (1929). Amun und die acht Urgötter von Hermopolis eine Untersuchung über Ursprung und Wesen des aegyptischen Götterkönigs. Berlin: Verlag der Akademie und Wissenschaft. səh.34–41 Tarixin növbəti dövrlərində Oqdoad tanrılarının adı Yuxarı Misirin paytaxtı olan Tebendə çəkilir: "Dörd kişi və hər biri üçün bir qadından ibarət olan səkkizlər, orada (Tebendə) meydana gəldi"Sethe (1982), səh. 86
Amon və Amonetə inancın Hermopolisdən Tebenə köçməsi çox güman ki, 11-ci sülalədən əvvəl baş vermişdi. Amuna Teben sitayişinə dair ən erkən qeydlər Böyük firon İntefin hakimiyyəti dövründə ortaya çıxır. O dövrdə Oqdoad və Amonetin evi olan Hermopolis 10-cu sülalənin krallarına məxsus idi. Tebendə Amon və Amonet üçün fərqli bir kultun yaradılması, tebenlilərin onlar üçün mühüm əhəmiyyət kəsb edən bir tanrını mənimsəyərək rəqiblərini sarsıtmaq üçün strateji bir addım ola bilər. Ola bilsin ki, Teben kralı, Amon üçün Tebendə tanrının dəstəyini tələb etmək və hakimiyyətini gücləndirmək üçün, yeni bir ziyarətgah qurmuşdur. Amonun bir tanrı kimi rolu, Tebeni Hermopolisə qarşı rəqabət aparan bir dini mərkəz kimi də formalaşdırmış ola bilər.Sethe (1929), səh. 116–117
Regional əhəmiyyətli tanrıya çevrilməsi thumb|Nil qayığı və ya Misir torpağına baxışlar — W. H. BartlettMisirin On İkinci Sülaləsi dövründə (e.ə. 1991–1803) ilahə Amonet, Amonun tərəfdaşı kimi Mut ilə əvəz olunmağa başladı. Buna səbəb, II Mentuhotepin Misiri yenidən birləşdirməsindən sonra, digər bölgələrdə oxşar olanl tanrı və ilahələr birləşdirilmişdi. Lakin Amonet, Tebendə yerli əhəmiyyətli ilahə olaraq qalmağa davam etdi. Birləşmiş ölkənin bu paytaxtında o, padşahın tacqoyma mərasimlərində (həcc nisut) və onun geniş qeyd olunan yubileylərini qeyd edən Sed bayramlarında (heb sed) mühüm rol oynayaraq kralın himayəçisi hesab edilirdi. Karnakda yerləşən Amon məbədində isə, Amonetin xidmətində olan kahinlər olurdu.Wilkinson (2003), səh. 136.
Mutdan fərqli olaraq, Amonet, əvvəlcə mənsub olduğu Oqdoadın digər qadın-kişi cütlərinə paralel olaraq, Amonun qadın abstraksiyası kimi təsvir edilmişdir. Oqdoadın digər qadın üzvlərindən fərqli olaraq, onun kultu Son Dövrdə böyüdü və Amunetin bir sıra kahinləri heroqlif mənbələrindən məlumdur.Klotz, David (2008).Kneph: The Religion of Roman Thebes. ProQuest LLC, Ann Arbor, səh. 88 Bayramlar zamanı o, öz ilahi qayığı ilə təmsil olunurdu və Roma dövrünə aid bir papirusda hətta Karnakdakı bir binanın, Amonetin açıq həyəti adlandırılan, Khoiaq festivalında mühüm dayanacağı kimi qeyd olunur. O, "Böyük Amonet, Karnakdakı İki Torpağın Xanımı" və "Teben Hökmdarı" kimi titullara sahib idi. O, həmçinin Karnak məbədi kompleksində adı çəkilən yeganə ilahədir və Amonla birlikdə Teben nome'nin baş tanrısı kimi qeyd olunan yeganə tanrıçadır.
İstinadlar
Kateqoriya:Misir ilahələri Kateqoriya:Amon Kateqoriya:İlan ilahlar