və ya sadəcə Hanako-san – tualetlərdə məskunlaşmış Hanako adlı gənc qızın ruhundan bəhs edən yapon şəhər əfsanəsi. Bir çox şəhər əfsanəsində olduğu kimi Hanako-san əfsanəsi ilə bağlı detallar müxtəlifdir. Hekayənin müxtəlif versiyalarında Hanako-sanın İkinci Dünya müharibəsində gizlənpaç oynayarkən hava hücumu zamanı öldürüldüyü göstərilir. Digər versiyalara görə o, valideyni tərəfindən öldürülüb və ya bullinq səbəbilə məktəb tualetində intihar edib.
Hanako-sanla bağlı əfsanələr Yaponiya məktəblərində olduqca populyardır. Hanako-san haqqında filmlər, manqalar, animelər və videooyunlar hazırlanmışdır. Bəzi əsərlərdə Hanako-sanın oğlan versiyası olan Hanako-kun uydurulmuşdur.
Tarixi Folklorşünas Metyu Meyerin araşdırmasına görə Hanako-sanla bağlı əfsanələr 1950-ci illərdə ortaya çıxmışdır. "Yokay kitabı: Yaponiya folklorunun müəmmalı varlıqları" kitabının müəllifi Dilan Fosterə görə Hanako-sanın bu cür məşhur şəhər əfsanəsi olmasına səbəb Yaponiyadakı bütün məktəblərlə əlaqələndirilməsidir. 1990-cı illərdən etibarən Hanako-san filmlərdə peyda olmağa başlamış və populyar mədəniyyətin bir hissəsinə çevrilmişdir.
Əfsanə Şəhər əfsanəsinə görə Hanako-san məktəb tualetlərində məskunlaşmış gənc bir qızın ruhudur. O, yokay və ya yurey kimi təsvir oluna bilər. Hanako-sanın fiziki görünüşü haqqında detallar müxtəlifdir, lakin əsasən kare saç düzümündə və qırmızı paltarda təsvir olunur. Hanako-sanın mənşəyi haqqında müxtəlif versiyalar var. Bəzi versiyalarda Hanako-san yad biri və ya istismarçı valideyn tərəfindən məktəb tualetində öldürülmüş uşaqdır. Digər versiyalarda o, məktəb tualetində intihar edib. Bəzi versiyalarda isə o, İkinci Dünya müharibəsi dövründə yaşamış, gizlənpaç oynayarkən məktəb tualetində gizlənib ölən hava hücumu qurbanıdır.
Hanako-sanı çağırmaq istəyən şəxs qızlar tualetinə daxil olmalı (adətən məktəbin üçüncü mərtəbəsindəki), tualetdəki üçüncü qapını üç dəfə döyməli və Hanako-sanın orada olub-olmadığını soruşmalıdır. Əgər Hanako-san oradadırsa, "Bəli, burdayam" cavabı verəcək. Hekayənin bəzi versiyalarında qeyd olunur ki, şəxs qanlı və ya kabuslu əl görəcəklər. Əl və ya Hanako-san şəxsi tualetə doğru çəkə və onu cəhənnəmə gətirə bilər. Digər versiyada qeyd olunur ki, şəxs Hanako-sanı narahat etdiyi üçün üç başı olan kərtənkələ tərəfindən yeyilə bilər.
Populyar mədəniyyətdə Hanako-san personajı filmlərdə, ədəbiyyatda, manqalarda, animelərdə və videooyunlarda peyda olmuşdur. Hanako-san haqqında çəkilən ilk film 1995-ci il istehsalı "Tualetdəki Hanako-san" filmidir. Filmdə Hanako-san intihar etmiş bir qızın məktəb tualetində məskunlaşmış ruhudur. 1998-ci ildə "Yeni Tualetdəki Hanako-san" filmi çəkilmişdir. Filmdə Hanako-san ölməzdən öncə təhsil aldığı orta məktəbdə məskunlaşmış qisasçı kabusdur. 2013-cü ildə onun haqqında "Tualetdəki Hanako-san: Yeni film" filmi çəkilmişdir.
Sakae Esuo tərəfindən yaradılmış "Hanako and the Terror of Allegory" manqa seriyası Hanako-san kimi şəhər əfsanələrini araşdıran özəl detektiv haqqındadır. 2014-cü ildə serializasiya olunmağa başlayan "Toilent-Bound Hanako-kun" manqa seriyası Hanako-sanın oğlan versiyası Hanako-kundan bəhs edir. Manqa əsasında çəkilən anime serialı 2020-ci ildə yayımlanmağa başlamışdır. Hanako-sanın peyda olduğu digər anime seriallarına "Kyōkai no Rinne", "GeGeGe no Kitarō" və "Ghost Stories" aiddir.
Həmçinin bax Qanlı Məryəm Teke Teke
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın şəhər əfsanələri Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Fövqəltəbii şəhər əfsanələri Kateqoriya:Uydurma kabuslar