Opta Sports, əvvəllər Opta Sportsdata, daha çox Opta kimi tanınan, Britaniya idman analitikası şirkətidir. Opta, liqa və federasiyalardan tutmuş yayımçılara və mərc oyunları saytlarına qədər müştərilərə 70-dən çox ölkədə 30-dan çox idman növü üzrə məlumat təqdim edir. Şirkət 1996-cı ildə yaradılıb, 2013-cü ildə Perform Group tərəfindən alınıb. Öz növbəsində, Perform Group şirkətini 2019-cu ildə satın alan Vista Equity Partners şirkəti, onu STATS MMC ilə birləşdirərək Optanın hazırkı ana şirkəti olan Stats Perform şirkətini yaradır.

Tarixi Opta Index Limited şirkəti 1996-cı ildə, İngiltərə Premyer Liqasının futbol matçlarını təhlil etmək üçün yaradılıb və 1996-97 mövsümünün televiziya yayımlarını həyata keçirtmək üçün Sky Sports ilə müqavilə bağlayıb. Növbəti mövsümdə Opta, liqanın özü üçün rəsmi statistika təminatçısı olur və Carling şirkəti ona sponsorluq edir. 1999-cu ilin iyununda Opta internet mərc oyunları xidməti Sports Internet Group tərəfindən 3,9 milyon funt sterlinqə alınır. Sky Group 2000-ci ildə Sports Internet Group şirkətini əldə edir və Opta'nı Aidan Cooney tərəfindən təsis edilən, məlumat xidməti olan Sportingstatz Limited şirkətinə satır.

Opta 2006-cı ildə futbol matçları üçün real vaxt rejimində məlumat toplama prosesində debüt edir və bu, müxtəlif idman növləri üzrə yeni məlumat təkliflərinin genişlənməsinə səbəb oldu. 2011-ci ildə şirkət Nyu-Yorkda ofis açaraq ABŞ bazarına daxil olur və Major League Soccer ilə əməkdaşlıq etməyə başlayır.

Ofisləri Opta'nın baş ofisi Londondadır və əlavə ofisləri Avropada Limerick, Aveiro, Münhen, Bassano del Grappa, Milan, Paris, Madrid və Amsterdamda yerləşir. Şirkət 2011-ci ildə Nyu-York və Sidneydə də ofislərini açır.

Vebsaytı

Ədəbiyyat İstinadlar

Kateqoriya:İdman statistikaları və rekordları Kateqoriya:Birləşmiş Krallıqda idman üzrə kütləvi informasiya vasitələri