thumb|Slatşeyminqə etiraz edən iki qadın. Slatşeyminq ( – fahişə, – utandırma) – seksuallıqla bağlı davranış və görünüş gözləntilərini pozan şəxsləri tənqid etmə praktikası. Termin gey kişiləri bildirmək üçün də istifadə olunur. Qadınlara qarşı genderə əsaslanan zorakılıq slatşeyminq nəticəsində baş verə bilər.

Geyimlə bağlı sosial gözləntiləri pozmaq, evlilikdən öncə sekslə məşğul olmaq, doğuma nəzarətdən istifadə etməyi istəmək, fahişəliklə məşğul olmaq slatşeyminq üçün səbəblər ola bilər. Təcavüzə məruz qalmış qadınları tənqid etmək üçün qurbanı günahlandırmaq da slatşeyminqin bir növü hesab oluna bilər.

İzah Slatşeyminq cəmiyyətin seksuallıqla bağlı gözləntilərini pozan qadınları tənqid etmək üçün istifadə olunur. Slatşeyminq həm qadınlar, həm kişilər tərəfindən edilə bilər. Termin təcavüzə görə qurbanı günahlandırmağı təsvir etmək üçün də istifadə olunur.

Slatşeyminq sosial cəzalandırmanın bir forması, eləcə də, seksizm və qadın intraseksual rəqabətinin aspekti kimi qəbul oluna bilər. Slatşeyminq intraseksual rəqabətin bir formasıdır, çünki qadını "fahişə" adlandırmaq "qadının dəyərini azaldır".

Tarixi "Slatşeyminq" terminin dəqiq mənşəyi haqqında məlumat yoxdur. Termin 2000-ci illərin sonunda populyarlaşmışdır. ABŞ yazıçısı Katta Pollit 2008-ci ilin martında "slatşeyminq" terminindən istifadə etmişdir. "Madam Bovari" (1856), "Anna Karenina" (1878) və "Deyzi Miller" (1878) kimi əsərlər cinsi seçimlərinə görə intihar edən və ya öldürülən qadınlar haqqındadır.

"YouTube", "Instagram", "Twitter" və "Facebook" kimi sosial şəbəkələrdə slatşeyminq daha geniş yayılmışdır. 2014-cü ildə Pyu Tədqiqat Mərkəzi tərəfindən aparılmış araşdırmaya görə internetdə hədəf alınan qadınların çoxu gənclərdir. 2011-ci ildə Toronto şəhərində ilk "SlutWalk" etiraz yürüşü baş tutmuşdur. Bu yürüş Toronto Polisinin bir qrup tələbəyə yaxınlaşaraq "fahişə" kimi geyinməməli olduqlarını dedikdən sonra başlamışdır. PDF.

Həmçinin bax Namus qətli Madonna–fahişə kompleksi

İstinadlar

Kateqoriya:təcavüz və qısnama Kateqoriya:Feminizm və seksuallıq Kateqoriya:Feminist terminologiyası Kateqoriya:Feminizm nəzəriyyəsi Kateqoriya:Qadın düşmənliyi Kateqoriya:Seksuallıq və cəmiyyət Kateqoriya:Qərəz və ayrı-seçkilik Kateqoriya:Viktimologiya Kateqoriya:Səbəbli məntiqi səhvlər Kateqoriya:Utanc Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Doğuma nəzarət