Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı.

Həyatı Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir.

Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlarZiyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010..

1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdurSəyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.15-20.

Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdirSərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002. ("Göyçəli Hacı Rəhim" dastanı) səh. 258-296..

1920-ci ildə Göyçəlilər köçkünlükdən doğma yurdlara qayıtdıqdan sonra Hacı Rəhimi iki milis formalı erməni gəlib Daşkənddə öldürmüşdür. Məzarı Göyçə mahalının Daşkənd kəndindədir.

Hacı Rəhimin qohumlarının bir çoxu hal-hazırda Qazaxın Dəmirçilər kəndində və Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.

Həmçinin bax Başxanım Şəfiqızı Aşıq Savad

İstinadlar

Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:1860-cı ildə doğulanlar Kateqoriya:1920-ci ildə vəfat edənlər Kateqoriya:Qaçaqlar Kateqoriya:Hacılar Kateqoriya:Qətl qurbanları