Qaratala kənd məscidi — Qax rayonunun Qaratala kəndi ərazisində yerləşən məscid.

Tarixi Azərbaycanda yerləşən tarixi azad camaatlıq olan Car-Balakənin məscid üslubuna uyğun tikilmiş Qaratala kənd məscidinin faktiki tikilmə tarixi və memarı məlum olmasa da məscidin tikilmə tarixi XIX əsrin sonu, XX əsrin əvvələrinə aid edilir.

Yerləşimi və hazırkı vəziyyəti Məscid Qaratala kəndinin əsas girişindən 400 metr içəridə, kənddən keçən çayın kənarında və giriş istiqaməti əsas götürüldüyündə yolun solunda yerləşir. Məscid hazırda ibadətə açıq deyil və dağılmaq təhlükəsi ilə üz-üzədir. Dəfələrlə aiddiyatı qurumlara xəbər verilsə də məscid rekonsturkasiyası yönündə heç bir fəaliyyət icra olunmayıb. Beləliklə, 100 ildən çox tarixə malik olan məscid təmir ediləcəyi və yenidən ibadətə açılacağı günü gözləyir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Qaratala kəndi

İstinadlar

Kateqoriya:Qax rayonunun məscidləri