Mehmed Əli Tofiq (; ) — II Misir xidivi Kavalalı Tofiq Paşanın oğullarından biri.Rozez, J. (1933), Royal Decree of 1911/Mémorial du centenaire de l'Ordre de Léopold. 1832-1932 (in English and French), Bruxelles
9 noyabr 1875-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misir xidivi Kavalalı Tofiq Paşa, anası isə onun yeganə xanımı Əminə İlhami xanımdır. İlk təhsilini Qahirədə Abidin sarayında aldıqdan sonra Avropaya göndərildi və Cenevrədə hərbi təlim aldı. Atasının vəfatı xəbərini aldıqdan sonra 1892-ci ildə Qahirəyə qayıtdı. Qardaşı II Abbas Hilmi Paşanın səltənəti boyunca xarici ölkələrə səyahətlər etdi. İngilis, fransız, italyan və alman dillərini bilən Mehmed Əli Tofiq, 1936-cı idə kral I Fuadın ölümüylə kral naibi oldu və bir il sonra I Faruqun taxta çıxmasına qədər bu vəzifəsini davam etdirdi.
25 noyabr 1941-ci ildə keçmiş fransız aktrisası Suzanna Hemon ilə evləndi.
1952-ci il inqilabı ilə digər ailə üzvləri kimi ehmed Əli Tofiq də sürgün edildi və 1955-ci ildə İsveçrənin Lozanna şəhərində vəfat etdi.
İstinadlar
Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Misir siyasətçiləri