Əminə İlhami (; ) — II Misir xidivi Kavalalı Tofiq Paşanın xanımı, Misir şahzadəsi.
24 may 1858-ci ildə İstanbulda dünyaya gəldi.Rifaat, Samir (March 2005). "Women whose Husbands Ruled the Realm Egypt's First Ladies" . egy.com Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa, anası isə onun xanımlarından Nəsrin Qadınəfəndidir.Catalogue of the Abbas Hilmi II Papers. Durham University Library. 2020. p. 333 Ancaq hələ 2 yaşında ikən atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.
16 yanvar 1873-cü ildə Misir xidivi Kavalalı İsmayıl Paşanın oğlu Tofiq Paşayla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi.
II Abbas Hilmi Paşa Mehmed Əli Tofiq Nazlı xanım (11 aprel 1877 - 1879) Fahrünnisə Xədicə xanım (21 may 1880 - 22 fevral 1951) Nemətullah xanım (23 oktyabr 1882 - 1965), ilk evliliyi bibisi Fatimə İsmayıl xanımın oğlu Cəmil bəylə baş tutdu. Bu evlilikdən bir oğlu doğuldu. İkinci evliliyi əmisi Hüseyn Kamilin oğlu Kəmaləddin Hüseynlə baş tutdu. Bu nigahdan övladı olmadı. Cəmil Tosun (1896-1956) Kəmaləddin Hüseynlə (1874-1932) evləndi.
1879-cu ildə qaynatasının taxtdan çəkilməsi nəticəsində əri Tofiq Paşa xidiv təyin olundu və Əminə İlhami xanım Misirdə first lady olaraq fəalliyyətə başladı. 1884-cü ildə xidiv Tofiq Paşanın anası Şəfəqnur xanımın, 1885-ci ildə isə nənəsi Hoşyar xanımın vəfatı ilə ailədə ən nüfuzlu qadın olan Əminə İlhami xanım xidivin yeganə xanımı idi və onun üzərində böyük nüfuz sahibi idi. Onun səyləri nəticəsində, xidiv sarayının hərəmxana bölümü bağlandı.
Ərinin 1892-ci ildə vəfatının ardından oğlu Abbas Hilmi Paşa taxta çıxarıldı və beləliklə, Əminə İlhami xanım Validə Paşa oldu.Aboelmagd, Amal (2021). "Amina Hanim Elhami (Valide Pasha) Palace at Istanbul City - Historical Architectural study" . Journal of Association of Arab Universities for Tourism and Hospitality Külli miqdarda şəxsi sərvəti olan Əminə İlhami xanım bu sərvətini xeyriyyə işlərinə sərf etdi və Ümmül-muhsinin (Xeyirsevərlərin anası) adını aldı.
Oğlu II Abbas Hilmi Paşa ilə birlikdə İstanbulda ikən 19 dekabr 1914-cü ildə oğlu ingilislər tərəfindən vəzifədən alındı. Bundan sonrakı ömrünü oğluyla birlikdə Vyana və İstanbulda sürgündə yaşayan Əminə İlhami 19 iyun 1931-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Qahirəyə aparıldı və Xidiv Tofiq türbəsinə dəfn olundu.
16 iyul 1885-ci ildə Osmanlı sultanı Sultan Əbdülhəmid tərəfindən Şəfqət ordeniylə mükafatlandırıldı.
Qalereya
İstinadlar
Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri