Tövhidə İlhami xanım (; ) — Kavalalı ailəsinin bir üzvü, Misir şahzadəsi.

1860-cı ildə İstanbulda dünyaya gəldi. Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa, anası isə onun xanımlarından Aşiqbayran Qadınəfəndidir.Catalogue of the Abbas Hilmi II Papers. Durham University Library. 2020. p. 333 Ancaq doğulduğu il atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.

29 dekabr 1880-ci ildə Mehmed Nəcib Paşanın (Nədim Paşanın atası) nəvəsi Davud Fəthi Paşa ilə evləndirildi. Cütlüyün bu nigahdan Mustafa Davud bəy adlı bir oğlu dünyaya gəldi. Ancaq çox keçmədən Tövhidə xanım 1882-ci ildə Qahirədə vəfat etdi.

İstinadlar

Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri