Malik ibn Nüveyrə əl-Yərbui əl-Təmimi (; ) — topladığı zəkatları Məhəmməd peyğəmbərin ölümündən sonra sahiblərinə geri qaytardığı üçün mürtəd elan olunub öldürülən səhabə. Həyatı Malik ibn Nüveyrə Yəməndə yaşamış və orada da qətlə yetirilmişdir. Malik ibn Nüveyrə İslam Peyğəmbərinin əli ilə müsəlmanlığı qəbul etmişdir. İslam tarixi əsərlərinin hamısında Malik ibn Nüveyrənin qatili Xalid ibn Vəlid olaraq qeyd edilmişdir. Malik ibn Nüveyrə Xəlifə Əbu Bəkir tərəfindən vəzifələndirilən və Bəni Təmim qəbiləsinin üzərinə göndərilən Xalid ibn Vəlidin əmri ilə Bütah`da qətlə yetirmişdir. Xalid ibn Vəlid tərəfindən dindən çıxması iddiası ilə öldürülmüşdür. Sonra Xalid ibn Vəlid həmin gün Malikin həyat yoldaşına təcavüz etmişdir. TəbəriTəbəri, "Tarix" kitabı, cild 2, səh. 504, İbn Həcərİbn Həcər əl-Əsqəlani, "əl-İsabə", cild 3, səh. 337, Əbu FədəƏbu Fəda, "Tarix" kitabı, səh.44 və digər bir çox tarixçi və hədis alimlərinə görə Malik ibn Nüveyrənin öldürülmə səbəbi Xalid ibn Vəlidin onun həyat yoldaşı Ümmü Təmim`in gözəl olduğunu görüb ələ keçirmək istəməsindən qaynaqlanmışdır.

Əbu Qətadanın, Abdullah ibn Ömərin və digər səhabə və Bəni Təmimdən olan şəxslərin Malik ibn Nüveyrənin müsəlmanlığı məsələsində şahid durmalarına baxmayaraq Xalid ibn Vəlid tərəfindən boynu vurdurularaq öldürülmüşdür. Lakin Ömər ibn Xəttabın, Əbu Qətadanın və digər səhabələrin etiraz dalğası böyümüş və Xalid ibn Vəlidin etdiyi əməlin cəzalandırılmasını Əbu Bəkirdən tələb etmişlər. İbn Kəsirin qeyd etdiyinə əsasən, Xalid ibn Vəlidin cəzalandırılmasını qətiyyətlə tələb edən şəxs Ömər ibn Xəttab olmuşdur.İbn Kəsir "Əl Bidayə və Nihayə", səh.462-465 Əbu Bəkir də bunu etməmiş sadəcə bu əməlinə görə Malikin qan pulunu beytul-maldan ödəmişdirİbn Əsir, Üsdu’l-ğabə, cild 4, səh.296. Ömər ibn Xəttab xəlifə seçildikdə Xalid ibn Vəlidi ordu komandanlığı vəzifəsindən uzaqlaşdırmışdır.

Həmçinin bax

Əbuzər Gəffari Əmmar ibn Yasir

İstinadlar

Xarici keçidlər

Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VII əsrdə vəfat edənlər Kateqoriya:VI əsrdə doğulanlar Kateqoriya:İslam tarixi