Pompeya Sulla () — e.ə. I əsrdə yaşamış Roma matronası, Qay Yuli Sezarın ikinci həyat yoldaşı.

Sezarla evlilik Yuli Sezar e.ə. 67-ci ildə Pompeya ilə evlənmişdir. Bu, həm Yuli Sezarın, həm də Pompeyanın ikinci evliliyi idi.Pompeia  — Oxford Classical Dictionary.

E.ə. 62-ci ildə Yaxşı ilahə şərəfinə keçirilən mərasim Qay Yuli Sezarın evində keçirilmişdir. Kişilərin burada iştirakının qadağan olunmasına baxmayaraq, Publi Klodi Pulxr evə arfaçı paltarı geyinərək daxil olmuşdur. İddialara görə, Pulxr ev sahibi Yuli Sezarın həyat yoldaşı Pompeya Sullaya aşiq olmuşdu və onun diqqətini cəlb etmək üçün bu əmələ əl atmışdır, lakin Pulxr çox keçmədən Yuli Sezarın anası Avreliyanın qulluqçusu tərəfindən ifşa edilmişdir.Плутарх. Цезарь. 10Светоний. Божественный Юлий. 6Аппиан. Гражданские войны. Книга II. 14 Qalmaqal müqəddəs əşyaların təhqir olunması ilə bağlı senatın xüsusi araşdırmasını tələb etmişdi. Senat və pontifiklər tərəfindən əlavə araşdırmadan sonra Klodi təhqir ilə ittiham edilmişdir ki, bunun da cəzası edam hökmü idi, lakin Klodi cəzadan yayınmışdır. Hər halda, Yuli Sezar, xəyanət halının olmamasına baxmayaraq, tezliklə həyat yoldaşından boşanmışdır. Plutarxın yazdıqlarına görə, məhkəməyə çağırılan zaman o, "həyat yoldaşımın üzərinə bir şübhə kölgəsi belə düşməməlidir" demişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yulilər-Klavdilər Kateqoriya:Roma şəxsləri Kateqoriya:Yuli Sezar