Forştadt () — şəhərin altştadtdan (şəhər mərkəzi) kənarda olan, lakin onunla sıx bağlı olan və sıx məskunlaşan, beləliklə də özünü forortdan (şəhərətrafı) fərqləndirən ərazisi.

Bakı Rusiya imperiyası dövründə Bakıda forştadt mövcud idi. Burada "Donanma kilsəsi" yerləşirdi. XIX əsrin sonlarına qədər Bakı forştadtında, demək olar ki, iki və daha çox mərtəbəli binalar mövcud deyildi.

Vyana Vyanada tarixi forştadt forortdan ayrı anlayış idi. Forştadt şəhər divarlarından kənarda yerləşirdi, lakin xəttli sədd daxilində, şəhərdən kənarda ikinci istehkam halqası idi. Şəhər divarları indiki Rinqştrasenin yerində yerləşirdi, xəttli sədd isə Gürtel xəttinə yer vermək üçün sökülmüşdür.Karl Bosl: Kernstadt – Burgstadt, Neustadt – Vorstadt in der europäischen Stadtgeschichte. München 1984 (= Sitzungsberichte der Bayerischen Akademie der Wissenschaften: philosophisch-historische Klasse 1983/1).

İstinadlar

Kateqoriya:Alman dilində sözlər və ifadələr Kateqoriya:XIX əsrdə Bakı Kateqoriya:Vyana tarixi