Məhəmməd ibn Təlal (; ) — İordaniya kralı I Təlalın oğullarından biri, taxt vəliəhdi.
1940-cı ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Təlal, anası isə onun türk əsilli xanımı Zeynəl-şərəf bint Cəmildir. Orta təhsilini Ammanda tamamladıqdan sonra öncə İsveçrəyə, ardından İngiltərəyə göndərildi. 1951-ci ildə babasının ölümü və atasının qısa səltənətinin ardından böyük qardaşı I Hüseyn taxta çıxarıldı."Lionel Pincus's Sons Take Their Father's Princess to Court". Vanity Fair. 6 August 2009. Archived from the original on 28 February 2010 O illərdə 12 yaşında idi və qardaşının oğul övladı olmadığı üçün İordaniya taxtının vəliəhdi elan olundu. 1962-ci ildə qardaşı oğlu Abdullahın doğumuna qədər bu ünvanı daşıdı.
1956-1957-ci ildə Bağdaddakı hərbi akademiyada təhsil aldı"Prince Mohammad turns 73". The Jordan Times. 1 October 2013. Archived from the original on 3 October 2013 və 1960-cı ildə xüsusi uçuş lisenziyası aldı. 1958-ci ildə İordaniyaya qayıtdı və Milli ordunun sıralarına qatıldı. Bir çox dövlət vəzifəsində xidmət etdi və qardaşının yoxluğunda bir neçə dəfə naib olaraq dövlət idarəsini ələ aldı.
29 aprel 2021-ci ildə Ammanda vəfat etdi.
Ailəsi İlk evliliyi 1964-cü ildə Fəryal İrşaidlə baş tutdu və 2 oğlu dünyaya gəldi. Ancaq cütlük 1978-ci ildə boşandılar."The Hashemite Royal Family". The Office of King Hussein. Archived from the original on 6 April 2019
Təlal ibn Məhəmməd (26 iyul 1965-), 1991-ci ildə Livanlı biznesmen Hani Salamın qızı Qida Salamla evləndi və cütlüyün 3 övladı doğuldu. Hüseyn ibn Təlal (1999-) Rəja bint Təlal (1999-) Məhəmməd ibn Təlal (2001-) Qazi ibn Məhəmməd (15 oktyabr 1966-), 1997-ci ildə Arej bint Ömərlə evləndi və cütlüyün 4 övladı doğuldu. 2021-ci ildə boşandı və ertəsi il keçmiş Bolqar çarı II Simeonun oğlu Kardamın dul xanımı Məryəm Lopezlə evləndi. İkinci evliliyindən övladı yoxdur. Tasnəm bint Qazi Abdullah ibn Qazi Cənnah binti Qazi Salsabel bint Qazi
İkinci evliliyi isə İordaniyanın keçmiş baş nazirlərindən Həzza Məcalinin qızı Təqrid Məcali ilə 1981-ci ildə baş tutdu. Ancaq bu evlilikdən övladı olmadı.
İstinadlar
Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri