Opium — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"da səslənmiş mahnı. Bu mahnıda ABŞ hip-hop dueti xüsusi qonaq qismində çıxış edir. Mahnı albomun delüks buraxılışında bonus trek kimi yer alır. Mahnı üzərində işləyən prodüserlərdən biri olan P2J əslən Nigeriyadandır. Belə ki, mahnıda Qərbi Afrika havası özünü büruzə verir. Həmçinin, uşaq kütləsinin çıxardığı səsdən sempl kimi istifadə edilib. 2020-ci ilin əvvəllərində COVID-19 pandemiyası zamanı yazılıb.

İstinadlar

Kateqoriya:Gorillaz mahnıları